Naxçıvana qəhrəman şəhər statusu verilə bilər - Təklif
Bizi izləyin

Nida.az

Naxçıvana qəhrəman şəhər statusu verilə bilər - Təklif

“Azərbaycanın müstəqilliyi ilə bağlı ilk addımlar Naxçıvandan başlayıb. Naxçıvan bu gün blokadadadır. Hər tərəfdən düşmənlə əhatə olunub”.


Publika.az xəbər verir ki, bu barədə deputat Siyavuş Novruzov Milli Məclisi bu gün keçirilən iclasında deyib.


Onun sözlərinə görə, parlamentdə Naxçıvanla bağlı qərar qəbul edilməlidir: “Naxçıvanın təkcə Türkiyə ilə 11 kilometrlik sərhədi var. Ermənistanla ən çox sərhədi olan da Naxçıvandır. Blokadaya görə, Leninqrada qəhrəman şəhər verildi. Leninqrad cəmi 2 il blokada vəziyyətində olub, Naxçıvan isə 24 ildir ki, blokadada yaşayır. Bu il Naxçıvanın 90 illiyi, habelə müstəqilliyimizin 24 illiyi gəldiyi üçün hesab edirəm ki, biz parlamentdə bu haqda düşünməli, Naxçıvanla bağlı qərar verməliyik. Bu Naxçıvanın düşmən qarşısında daha mətin olmasına da müsbət təsir göstərər”.


İclasda çıxış edən deputat Zahid Oruc isə Türkiyənin hazırkı durumundan danışıb.


“Biz Türkiyəni müdafiə edirik. Biz Qərb ölkələrini İraqa ordu yeritməyə dəvət edirik. Niyə Türkiyə ora daxil olmalı, PKK ilə çiyin-çiyinə vuruşmalıdır. Biz parlament üzvləri olaraq Türkiyənin soyuq davranışını müdafiə edirik. Hesab edirəm ki, beynəlxalq qüvvələr olmadan ora qoşun yeritmək bataqlıq olardı. Biz Türkiyəni siyasi və mənəvi baxımdan müdafiə edirik”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm