Göyçə və Zəngəzurun ermənilərə verilməsi məsələsi qaldırıldı
Bizi izləyin

Nida.az

Göyçə və Zəngəzurun ermənilərə verilməsi məsələsi qaldırıldı

Milli Məclisin bu gün keçirilən sessiyasında Göyçə və Zəngəzurun ermənilərə verilməsi məsələsi qaldırılıb.


Publika.az xəbər verir ki, iclasda çıxış edən deputat Fəzail Ağamalı 1918-ci il Batum müqaviləsi haqqında danışıb: “Bir neçə gün əvvəl görkəmli alimimiz Yaqub Mahmudov bir məsələyə xüsusi diqqət ayırdı. Söhbət Batumidə imzalanan müqavilədən gedir. Bu müqavilədə qoyulan öhdəliklər yerinə yetirilməyib. Ermənilər bir an belə dayanmayıblar. Bizə qarşı ərazi iddiaları irəli sürülüb, İrəvanda Azərbaycan məktəbləri mövcud deyil, ərazilərimizin 20 faizi işğal edilib. Bu proses indi də davam edir”.


Deputat daha sonra SSRİ zamanı da Zəngəzur və Göyçə mahalının Ermənistana verilməsi haqqında danışıb, bu zamanda razılaşmanın şərtlərinin pozulduğunu, erməni tərəfinin təcavüzünün davam etdiyini vurğulayıb: “Fikrimcə, biz bu məsələlər haqqında ciddi düşünməli, bunu qaldırmalı və ilk olaraq hüququ baza yaratmalıyıq. Təklif edirəm ki, XİN-də xüsusi qrup yaradılsın və bizim qaldırdığımız olan bu məsələ ilə bağlı addım atsın”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm