Qənirə Paşayeva MM-də əlillərin təhsil haqqından azad olunmasını təklif etdi
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva MM-də əlillərin təhsil haqqından azad olunmasını təklif etdi

Millət vəkili Qənirə Paşayeva ali məktəblərdə ödənişli əsaslarla təhsil alan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrini təklif edib.

Parlamentin payız sessiyasının bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış və ali məktəblərdə ödənişli əsaslarla təhsil alan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrini təklif edib.

Dövlətin hər zaman əlillərə və sağlamlıq imkanları məhdud olanlara diqqət və qayğı göstərdiyini qeyd edən millət vəkili ali məktəblərə ödənişli əsaslarla daxil olan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrinin yaxşı addım ola biləcəyini deyib."

Millət vəkilinin fikrincə, bu addım ali təhsil müəssisələrinə üz tutan əlil gənclərinin ödəniş problemini həll etməklə yanaşı, yüzlərlə əlil gəncin ali təhsilə meyilinin artmasına və deməli, gələcəyinin təminatına, inkişafına, həyata daha çox sarılmasına önəmli dərəcədə təsir edər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm