Oqtay Əsədov: “Avropa Parlamentinin qondarma “DQR”lə dostluq qrupu yaratdığı yalandır”
Bizi izləyin

Nida.az

Oqtay Əsədov: “Avropa Parlamentinin qondarma “DQR”lə dostluq qrupu yaratdığı yalandır”

“Avropa Parlamentində qondarma “Dağlıq Qarabağ Respublikası” ilə dostluq qrupu yaradılmasına dair qərar qəbul edilməsi barədə yayılan məlumatlar tamamilə yalandır”.


Publika.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib.


Spiker qeyd edib ki, bu məlumatları erməni saytları yayır.


“Mən tapşırıq verdim, bütün saytları yoxladılar, Avropa saytlarında rəsmi olaraq belə bir qərar yayımlanmayıb. Hazırda dünyada ədalət prinsipi yoxdur. Biz artıq görürük ki, dünyada ədalət prinsipi yoxdur, hansı böyük gücə, hansı böyük qüvvəyə nə əl verir, onu edir. Dağlıq Qarabağ məsələsi də hər dəfə bir qurum, bir dövlət tərəfindən oyuncaq kimi istifadə edilir. Biz buna da hazır olmalıyıq. Ancaq biz də bu məsələdə daha aktiv olmalıyıq. Dağlıq Qarabağın azərbaycanlı icması da bu işdə xüsusən fəal olmalıdır”, - deyə spiker vurğulayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm