Müsavat başqanına sərt ittiham: “Xəyanətkarı zaman göstərəcək”
Bizi izləyin

Nida.az

Müsavat başqanına sərt ittiham: “Xəyanətkarı zaman göstərəcək”

“Arif Hacılı zehniyyətinə və populist xarakterinə uyğun açıqlama verib”.


Publika.az xəbər verir ki, bu barədə Müsavat üzvü Səxavət Əlisoy partiya başqanı Arif Hacılının gedənləri xəyanətkar adlandırmasına münasibət bildirərkən deyib.


S. Əlisoy “Partiyadan gedənlər kimə və nəyə xəyanət etdilər?” deyə qeyd edib.


“Gənclik illərini Azərbaycanda demokratik dəyərlər uğrunda mübarizəyə sərf etmiş fədakar gəncləri xəyanətkar adlandırmaq açıq-aşkar qərəzdir və Arif Hacılı zehniyyətinə və populist xarakterinə uyğun açıqlama verib.
O gənclər, fikrimcə, Müsavata yox, saxtakarlığa, qeyri-demokratik mühitə, ədəbsizliyə, yekəxanalığa, populizmə, şüarçılığa, qeyri-səmimiliyə mənəmmənəmliyə xəyanət edib. Müsavata kimin xəyanət etdiyini isə zaman göstərəcək”, -deyə S. Əlisoy bildirib.


Qeyd edək ki, Müsavat başqanı A. Hacılı partiyadan istefa verənləri xəyanətkar adlandırıb: “İrəli sürdükləri arqumentlərdən asılı olmayaraq Müsavat Partiyasını tərk edənlər Müsavatçılığa, Rəsulzadənin ruhuna, bu ağır dövrdə Müsavatda qalıb fəaliyyətlərini davam etdirən silahdaşlarına qarşı xəyanət etdilər!”


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm