Azərbaycan konsullarının səlahiyyəti məhdudlaşdırıldı
Bizi izləyin

Nida.az

Azərbaycan konsullarının səlahiyyəti məhdudlaşdırıldı

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri məhdudlaşdırıldı.

Publika.az bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Konsul Nizamnaməsinə dəyişikliklər edilib.

Nizamnamənin 39-cu maddəsinə edilən dəyişikliyə görə, konsul Azərbaycan Respublikası ərazisinə daxil olmaq, onu tərk etmək, bu ərazidən tranzitlə keçmək üçün verilən vizaların vaxtını uzatmaq və verilmiş vizalarda dəyişikliklər etmək hüququndan məhrum edilir.


Xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklam verilməsi çətinləşdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Reklam haqqında” qanunda dəyişiklik edilib.

Dəyişiklik haqda məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanunun 11-ci maddəsi dəyişdirilir.

Onun sözlərinə görə, bu Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlıdır:

“Əlavə məlumat verim ki, “Reklam haqqında” qanunun Milli Məclisdə qəbulu nəzərdə tutulub. Artıq bu layihə komitədə müzakirə edilib. Yeni layihəni Əli Məsimli və Vahid Əhmədov hazırlayıb”.


Dəyişikliyə görə, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyəti göstərmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə biləcəklər.


Qanunun dəyişikliklərlə bağlı deputatların çoxu çıxışa yazılıb.

Lakin vitse-spiker deyib ki, burada söhbət 11-ci maddəyə əlavə olunmadan gedir: “Əgər siz reklam problem ilə bağlı danışmaq niyyətinizdəsinizsə, yaxın günlərdə bu qanun müzakirəyə çıxarılacaq, bu zaman fikirlərinizi ifadə edərsiniz”.


Turistlər turizm şirkətləri vasitəsilə elektron viza alacaq


Daha sonra “Turizm haqqında” qanun layihəsində bir sıra dəyişikliklər qəbul edilib.


Layihəyə əsasən, Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər. Elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər.


Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Sözügedən qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm