Milli Məclisdə vitse-spiker və deputatlar arasında mübahisə düşdü
Bizi izləyin

Nida.az

Milli Məclisdə vitse-spiker və deputatlar arasında mübahisə düşdü

Məclis Məclisin bu gün keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsi müzakirə edilərkən deputat Aqil Abbas Fransa səfirliyindən vuiza ala bilmədiyini deyib.

Publika.az xəbər verir ki, A. Abbas “Leyla Yunusa 5 saat ərzində viza verən Fransa səfirliyindən viza ala bilmirəm” deyə qeyd edib.


Vitse-spiker Ziyafət Əsgərov isə maraqlı cavab verib: “Aqil müəllim, Fransa səfirliyindən viza almaq üçün gərək Leyla Yunus olasan”.

İclasın gedişində vitse-spikerlə deputatlar arasında mübahisə yaranıb.

Fazil Mustafa vitse-spikerin deputatların çıxışına reaksiyasını adekvat saymayıb: “Ziyafət müəllim, xahiş edirəm, heç olmasa hüquqşünas həmkarlara qarşı “qanunu bilmir, başa düşmür” kimi ifadələr işlətməyin. Ən azı bizim növbəti dəfə söz almaq imkanımız olmadığı üçün, xahiş edirəm, bunu nəzərə alın”.

Sabir Rüstəmxanlı da etiraz edərək deyib ki, hansısa çıxışının Milli Məclis sədrinin müavini tərəfindən populist adlandırılmasını qəbul etmir.

“Mənim heç bir çıxışım populist deyil. Mənə belə damğa vurulmasını qəbul etmirəm. Azərbaycanda son illərdə ev tikintisi ilə bağlı nə qədər insanlar aldadılıb? Guya öz içimizdə sığorta işi həll olunub, xaricə göndərdiyimiz firmalardan bunu tələb edirik? Kim bu fikirləri populizm hesab edirsə, vətəndaşlarımıza hörmətsizlik edir. Burdakı təkliflərin heç biri komitələrdə ciddi müzakirəyə çıxarılmır”, - deyə o bildirib.

Ziyafət Əsgərovun S. Rüstəmxanlıya cavabı isə belə olub: “Sabir müəllim, siz Azərbaycan dövlətini ittiham edisiniz. Mən iqtidar nümayəndəsiyəm, siz iqtidarı ittiham etməlisiniz, mən burda durub baxmalıyam?”


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm