İnsan alverinin qurbanları ilə bağlı qanuna dəyişiklik edildi
Bizi izləyin

Nida.az

İnsan alverinin qurbanları ilə bağlı qanuna dəyişiklik edildi

Milli Məclisin iclasında “İnsan alverinə qarşı mübarizə haqqında” qanun layihəsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, dəyişiklik insan alverinin qurbanı olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin repatriasiyası ilə bağlıdır. Mövcud qanunvericiliyə əsasən indiyə qədər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda, onun barəsində 1 il müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilməyib.

Dəyişikliyə görə, bundan sonra həm də həmin şəxslər barəsində 1 il müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul olunmayacaq. Eyni zamanda 1 il müddəti başa çatdıqda, lakin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alveri ilə əlaqədar cinayət işləri üzrə cinayət təqibi orqanlarına yardım göstərdikdə, həmin şəxs barəsində cinayət təqibi başa çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq olunmur, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir.

Mövcud qanunvericiliyə əsasən indiyə qədər Azərbaycan Respublikasında yaşamaq hüququ verilmiş insan alverinin qurbanı immiqrant statusu əldə edib və bu statusdan irəli gələn bütün hüquq və vəzifələrə malik olub. Dəyişikliyə əsasən bu maddə ləğv edilir. Digər dəyişiklik viza ilə bağlıdır. İndiyə qədər insan alveri ilə əlaqəsi olduğu ehtimal edilən əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmayıb, onlara verilən giriş vizaları etibarsız hesab edilib.

Dəyişikliyə əsasən, bundan sonra insan alveri ilə əlaqəsi olduğu ehtimal edilən əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmayacaq, onlara verilən giriş vizaları ləğv ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm