• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Leyla Yunusa görə Azərbaycan təklənə bilməz” – vitse-spikerdən ilginc açıqlamalar

  • Nida.az
  • 17 Oktyabr 2014 16:32
  • 464 Baxış
“Leyla Yunusa görə Azərbaycan təklənə bilməz” – vitse-spikerdən ilginc açıqlamalar

Milli Məclisin vitse-spikeri, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan prezidenti İlham Əliyevin avqust ayında cəbhədə baş verən gərginliklə bağlı sərəncamı çərçivəsində görüləcək işlərdən danışıb.


Publika.az xəbər verir ki, Z. Əsgərov məsələ ilə bağlı Milli Məclis müdafiə naziri ilə danışıqlar aparır: “Əgər sərəncamla bağlı hansısa qanunvericilik aktlarının qəbul olunmasına, yaxud hansısa dəyişikliyin aparılmasına ehtiyac olacaqsa, biz bu məsələni Milli Məclisdə müzakirəyə çıxaracağıq. Bu, Azərbaycanın və informasiya təhlükəsizliyi baxımından çox ciddi sərəncamdır. Yəqin ki, bu cür qanun layihələrinə ehtiyac olacaq”.

Evin tək oğlunun hərbi xidmət etməsi və ya arxa cəbhədə qulluğa cəlb edilməsinə gəlincə, Z. Əsgərov bildirib ki, bu məsələlər zərurət yaranarsa, yenidən müzakirəyə çıxarılacaq. Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilib-verilməyəcəyinə gəlincə, bu məsələnin gündəmdə olmadığını vurğulayıb.


Z. Əsgərov ABŞ-ın Azərbaycana tənqidini də şərh edib.


“Bir Leyla Yunusa görə Azərbaycan heç vaxt təklənə bilməz. Doğrudanmı Amerika Birləşmiş Ştatlarının problemləri qurtarıb, indi Leyla Yunusla maraqlanır?! Məgər onların özündə problem yoxdur? Amerikada irqçilik zəminində çox böyük problemlər var. Azərbaycanın daxili işlərinə qarışmaq lazım deyil. Hansısa erməni lobbisinin, hansısa qüvvələrin təsiri altında Azərbaycanla bağlı qərəzli bəyanatlar verilirsə, buna təəssüf etmək lazımdır”, - deyə vitse-spiker bildirib.

Z. Əsgərov deyib ki, Azərbaycana qarşı kampaniyalar çoxdan başlayıb, beynəlxalq aləmin Azərbaycana qarşı təhdidlərini rəsmi Bakı çox gözəl başa düşür. Onun sözlərinə görə, bəzi qüvvələr Azərbaycanın onlara hesabat verməsini istəyir”.


Z. Əsgərov Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovskinin Azərbaycana səfər etməsinə də münasibət bildirib: “Rusiyanın Azərbaycana münasibətini Jirinovski ilə ölçmək lazım deyil. O, xahiş etmişdi və Bakıya gəldi. Özü nə üçün gəldiyini gözəl bilir. Bu adamın indiyə qədər Azərbaycana olan münasibəti bəllidir. O, Azərbaycana gəldi, öz gözü ilə hər şeyi gördü. Qayıdandan sonra isə Dövlət Dumasında Azərbaycanı təriflədi”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR