Əcnəbilər Azərbaycanda 10 gün qeydiyyatsız qala biləcəklər
Bizi izləyin

Nida.az

Əcnəbilər Azərbaycanda 10 gün qeydiyyatsız qala biləcəklər

Milli Məclisdə Miqrasiya Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.


Publika.az xəbər verir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə haqqında məlumat verib.

Komitə sədri bildirib ki, qanunvericilik təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur: “Əsas dəyişiklik Azərbaycan Respublikasına müvəqqəti gəlmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlıdır. Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Bu müddət artırılıb. Artıq 3 gün deyil, 10 gündən artıq Azərbaycanda müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınacaqlar. Ə. Hüseynli bildirib ki, dəyişiklik qüvvəyə minəndən sonra əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda 10 gün qeydiyyatsız qala biləcəklər”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm