Nikaha daxil olanlar bunu məcburi edəcək - İki məcəlləyə dəyişiklik edildi
Bizi izləyin

Nida.az

Nikaha daxil olanlar bunu məcburi edəcək - İki məcəlləyə dəyişiklik edildi

Milli Məclisdə Cinayət-Prosessual Məcəlləyə dəyişikliklər müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, qanun layihəsi haqda məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, həbsdə saxlama müddəti ilə bağlı dəyişikliyə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə 2 ay həddində, az ağır cinayət törədilməsinə görə 3 ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə isə 4 ay həddində müəyyən edə biləcək: “Digər dəyişikliyə əsasən, qətimkan tədbiri qismində həbsdə saxlama müddəti hesablanarkən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddətinin nəzərə alınmaması ilə bağlı müddəa ləğv olunub. Beləliklə, cinayət işinin materialları ilə tanış olma müddəti də qətimkan tədbiri qismində həbsdə saxlama müddəti hesablanarkən nəzərə alınacaq”.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Nikaha daxil olanlar həkimdən arayış almalı olacaq

Milli Məclisdə Ailə Məcəlləsinə dəyişikliklər edib.

Publika.az xəbər verir ki, Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, genetik xəstəliklər hesabına Azərbaycanda 20 min uşaq əlillikdən əziyyət çəkir və müavinət alır: “Eləcə də ildə 300 talasemiya xəstəsi olan uşaq dünyaya gəlir”.

Komitə sədri qeyd edib ki, dəyişikliyə görə nikaha daxil olan gənclər sağlamlıq haqqında arayışı, eləcə də həkim məsləhəti haqqında arayış əldə etməli olacaq.

Deputat Vahid Əhmədov nikaha daxil olan şəxslərin sağlamlıq arayışının həqiqi olduğuna kimin qarant verəcəyi haqda sual verib: “Xəstə olan şəxs də hansısa yollarla belə arayış əldə edə bilər. Fikrimcə, biz qanunu qəbul edərkən belə halları da nəzərə almalıyıq”.

Fazil Mustafa isə qanunda “bələdiyyə tibb müəssisəsi” ifadəsinə etiraz edib. Deyib ki, bu ifadənin qanunda təqdim edilməsinə ehtiyac yoxdur.

Vitse-spiker Bahar Muradova etiraz edərək bildirib ki, qanun qəbul edilməzdən əvvəl onun üzərinə belə kölgə salmağı doğru deyil.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm