Nida.az
Avropa Parlamenti qondarma rejim üzrə “qrup”un yaradılması na aydınlıq gətirib
Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa Parlamentində işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən qondarma rejim üzrə “qrup”un yaradılması məsələsinə aydınlıq gətirib.
Publik.az xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məsələ ilə əlaqədar Avropa Parlamentinə sorğu göndərildiyini bildirib.
"Avropa Parlamentindən verilən məlumatda sözügedən məsələnin olsa-olsa Avropa Parlamenti daxili qrup (inter-group) ola biləcəyi ehtimal edilərək, bunların da Avropa parlamentində səsvermə yolu ilə yaradılmadığı təsdiq olunub. Bu bir daha ona dəlalət edir ki, bu “qrup” yalnız Avropa Parlamentində Ermənistan və erməni diasporunun təsiri altında olan bəzi şəxslərin özfəaliyyətinin nəticəsidir", - Hikmət Hacəyev əlavə edib.
Qeyd edıək ki, erməni mətbuatının yazdığına görə, bu ilin oktyabrın 15-də Avropa Parlamentində ermənipərəst deputatlar Frank Engel və Eleni Teokarus tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim üzrə “qrup” yaradılıb. Qrup Azərbaycanın işğal altında olan ərazilərinə səfərlər təşkil etməyi planlaşdırır.
Hikmət Hacıyev qeyd edib ki, hər hansı rəsmi statusa malik olmayan və Ermənistan və erməni diasporunun təsiri altında olan bu şəxslərin özfəaliyyəti nəticəsində bu “qrup”un yaradılması Avropa Parlamentinin 23 oktyabr 2013-cü il və 17 aprel 2014-cü il tarixli qətnamələrində ifadə olunmuş Azərbaycan və bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün birmənalı dəstəklənməsinə dair mövqeyinə tamamilə ziddir.
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
-
Nida Xəbər 00:37
"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur" - Paşinyan
-
İdman00:22
"Fənərbağça" çempionluq yolunda ağır zərbə aldı
-
Qoroskop00:07
Günün qoroskopu: cəsarətli olun, uğur sizin olacaq!