Nida.az
Cəmil Həsənli istefalardan danışdı- Açıqlama
“Milli Şura fəaliyyətdə olan canlı təşkilatdır. Quruma üzv olmaq
üçün hazırda ərizə verənlər də var. Bununla yanaşı, istefalar da
ola bilər. Bundan narahat olmağa dəyməz”.
Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli Publika.Az –a açıqlamasında son istefalara münasibət bildirərkən deyib. C. Həsənli “El” hərəkatının sədr müavini Mehdibəy Səfərovun istefasını da normal qarşıladıqlarını deyib. Bildirib ki, ona yaxşı yol arzulayırlar.
Milli Şura sədri seçkidən sonra quruma qəbul olunanlardan çox, istefa verənlərin olduğuna münasibət bildirib. Onun sözlərinə görə, Milli Şuranın kifayət qədər üzvü var: “Sadəcə olaraq yeni əsasnamə qəbul etməliyik. Bu əsasnamə müzakirə mərhələsindədir. Buna Koordinasiya Şurasının ötən iclasında baxıldım və hazırda bu əsasnamə üzərində iş davam edir. Bu yaxınlarda yekunlaşacaq. Milli Şuranın toplantılar və sessiya keçirmək üçün üzvlərinin sayı yetərlidir. Koordinasiya Şurasında 5-6 professor, bir o qədər də elmlər doktoru var. Azərbaycanda hansı siyasi qurumda bu qədər intellektual potensial var?!”.
Milli Şura sədri “El” hərəkatının sədri Eldar Namazovun “Cəmil
Həsənlinin dedikləri həqiqətə uyğun deyil” açıqlamasına münasibət
bildirmək istəmədiyini deyib.“Eldar Namazovun dediklərinə
münasibətim yoxdur. Bildirmək istəmirəm. Münasibətim mətbuatda
olub. Bundan artıq da sözüm yoxdur”-deyə o qeyd edib.
Asif
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO