"Əli Kərimli həbsdən çıxan NİDA-cı gəncləri ziyarət etmədi"
Bizi izləyin

Nida.az

"Əli Kərimli həbsdən çıxan NİDA-cı gəncləri ziyarət etmədi"

"Niyə dünən əfv olunan bu gəncləri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli , Xədicə İsmayıl və başqaları ziyarət etmədi?! Əli Kərimli bu gənclərdən istifadə edib beynəlxalq təşkilatlardan qrant alır"

"Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin son əfv fərmanında NİDA üzvüləri də azadlığa çıxıblar. Mən bunu çox müsbət addımı kimi xarakterizə edirəm. Ancaq niyə dünən əfv olunan bu gəncləri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli , Xədicə İsmayıl və başqaları ziyarət etmədi?!" -bu fikirləri mətbuata BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bunun özü onu göstərir ki, bu adamların hamısı saxtakardılar:

"Bəli, bu adamların hamısı qeyri-səmimi və saxtagardılar. Bir neçə gün bundan qabaq Əli Kərimli özünü öldürürdü ki, gənclərin azadlığa çıxmasını istəyirəm və buna görə də "mitinq" keçirtdi. Əli Kərimli, bu həmin gənclərdi ki, sənin kimlərin və başqalarının təsiri altına düşüb onları türməyə göndərdiniz. Sizlər bu gənclərin günhına girmisiniz! Məhs sizlər bunları aldadıb, yağlı vədlər verib "tezliklə hakmiyyətə gəlirik, sizlər vəzifə sahibi olacaqsınız" demişdiniz. Niyə türmədən çıxan gənclərin görüşünə getmədiniz? Bax, sizin mahiyyətiniz budur! Bütün günü beynəlxalq təşkilatlara danosçuluq edirdin ki, bu gənclər "siyasi məhbusdur". Bu bir il ərzində bir dəfə də olsun bu gəncləri həbsxanada ziyarətdə etmədin. Niyə susursan? Sevinmədiniz bu gənclərin azadlığa çıxmasına?!"

BAXCP sədrinin müavini bildirib ki, bu hadisədən başqa gənclərdə nümünə götürməlidilər:" Bu gün Əli Kərimlinin yanında olan 5-10 gənc baş verən hadisədən ciddi nəticələr çıxartmalıdılar və başa düşməlidilər Əli Kərimlinin bu münasibəti bir gün onlar üçün də olacaq və bu siyasətin qurbanı olmasınlar. Əli Kərimli oğlunu İngiltərədə oxutdurur, yaxşı şəraitlə təmin etdirib. Bilin ki, sizlərdən Əli Kərimli istifadə edib beynəlxalq təşkilatlardan qrant alır. Əli Kərimlinin keçmişi ilə maraqlanın . Milli azadlıq hərəkatının lideri Əblüfəz Elçibəyə Əli Kərimli qədər xəyanət edın olmayıb! Bu adam Azərbaycan siyasətinin xəyanət simvoludur. vaxtilə Əli Kərimli mərhum Heydər Əliyevə yalvarırdı ki, onu hansısa ölkəyə səfir təyin etsin. Heydər Əliyevin ona olan inamsızlığına görə, bu gün olub "müxalifət".

Əslində onu tanıyan adamlar yaxşı bilir ki, hakmiyyət Əli Kərimliyə qarşı loyal münasibət göstərsə, bu adam köhnə peşəsinə qayıdacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm