"Rza Zərrabı müdafiə etmək üçün .." - Azərbaycanın İstanbuldakı Baş Konsulu danışdı
Bizi izləyin

Nida.az

"Rza Zərrabı müdafiə etmək üçün .." - Azərbaycanın İstanbuldakı Baş Konsulu danışdı

H. Zeynalov qeyd edib ki, belə təkliflər populist çıxışlardır. Onun sözlərinə görə, Rza Zərrabı müdafiə etmək üçün arqument yoxdur.

“Azərbaycan Rza Zərrabı hansı faktla, nə deyib müdafiə edə bilər?! Istin taq gedir və bu Türkiyənin daxili işidir”.
Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov Publika.Az –a eksklüziv açıqlamasında Türkiyədə 17 dekabr əməliyyatında həbs olunan Rza Zərrabı milliyyətcə azərbaycanlı olduğu üçün müdafiə etməklə bağlı səslənən təkliflərə münasibət bildirərkən deyib. Baş konsul bildirib ki, Türkiyə böyük dövlətdir: “Rza Zərrab milliyətcə azərbaycanlı olsa da Türkiyə vətəndaşıdır, özü də İrandan gəlib. Ortada cinahyət faktı var və bu fakt üzrə istintaq gedir. İstintaqda tək o deyil digərləri də həbs olunub. Azərbaycan onun necə müdafiəsinə qalxmalıdır? Bunu təklif edənlər nədən narazıdırlar?”.

H. Zeynalov qeyd edib ki, belə təkliflər populist çıxışlardır. Onun sözlərinə görə, Rza Zərrabı müdafiə etmək üçün arqument yoxdur.

“Nə deyib müdafiə etmək istəyirlər, hansı arqumenti gətirirlər? Hazırda istintaq getdiyi üçün ona cinayətkar demək olmaz. Amma ortada fakt da var. İstintaqın bitməsini, məhkəməni qərarını gözləsinlər. əgər Rza Zərrab onlara lazımdırsa, ondan sonra müdafiə edə bilərlər. Buna ixtiyarları var. Hələliksə istintaq təzə başlayıb. Belə populist çıxışlara gərək yoxdur”-deyə baş konsul diqqətə çatdırıb.

Qeyd edək ki, insan haqları müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat” qəzetinə müsahibəsində Rza Zərrabın müdafiəsi təklifini irəli sürüb. O, Türkiyəni ayağa qaldıran 17 dekabr əməliyyatında həbs edilən Rza Zərraba, təbrizli milyarder Babək Zəncaniyə də sahib çıxmalıyıq. Onun hansısa qanunsuz işi görüb-görməməsini məhkəmə müəyyən edəcək. Bütün problem İrana embarqo tətbiq edilməsindədir. Onlar türkdürlər, Təbrizdəndilər, demək bizdəndilər. Rza hətta Bakıda doğulub” deyə fikrini belə əsaslandırıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm