“Nezavisimaya qazeta”dan şok iddia: “Azərbaycanda “rəngli inqilablara” cəhdlər olacaq
Bizi izləyin

Nida.az

“Nezavisimaya qazeta”dan şok iddia: “Azərbaycanda “rəngli inqilablara” cəhdlər olacaq

Rusiya və Azərbaycan hərbi əməkdaşlığı aktivləşdirir. Rusiya Federasiyasının Xəzər donanmasının Bakıya dostluq səfəri dünən başa çatdı. Bir neçə gün öncə isə Rusiya müdafiə naziri Sergey Şoyqu Bakıya səfər etmişdi. Rusiya hərbi müəssisəsinin başçısının bildirdiyi kimi, Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə “hərbi və hərbi-texniki əməkdaşlığın sonrakı inkişafı, həmçinin bir sıra regional və beynəlxalq təhlükəsizliyinə aid məsələləri, Xəzərdə qarşılıqlı təsirin gücləndirilməsi perspektivləri” müzakirə olunub.

Xəzərdə qarşılıqlı güclənmə məsələsi təsadüfi deyil. Rusiya Müdafiə Nazirliyinin bildirdiyi kimi, Vladimir Putin və İlham Əliyevin qərarına əsasən, 2015-ci ildə iki ölkə birgə bir sıra hərbi dəniz təlimləri keçirəcək, hansı ki bu, gəmiçiliyin müdafiəsi və dəniz iqtisadiyyatının təhlükəsizliyinə hesablanıb.

Publika.az xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşri Xəzərdə müdafiənin əhəmiyyətli olduğunu vurğulayıb. Nəşr yazır ki, regionun karbohidrogen ehtiyatları böyükdür. Hazırda ABŞ və NATO Xəzərdə yer almaq və möhkəmlənmək istəyindədir.

Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru, politoloq Aleksandr Sergey Mixeyev da bir neçə gün öncə bildirdi ki, ABŞ və NATO Xəzər regionuna müdaxilə etmək üçün məqam gözləyir.

Lakin Həştərxanda keçirilən sonuncu Xəzər sammitində məhz bu məsələ gündəmə gətirilərək üçüncü qüvvələrin dənizə çıxışına qarşı bəyannamə qəbul edildi. Bu məsələ qarşıda, güman ki, rəsmiləşəcək. Bu prinsipləri bütün Xəzəryanı ölkələr bölüşür, həmçinin İlham Əliyev.

Əlbəttə ki, bu, NATO ölkələrinin xoşuna gəlmir və müxtəlif formalarda narazılıq əks etdirirlər. Azərbaycanda da müxalifət dairələri buna qarşı etiraz nümayiş etdirir. Hərçənd Azərbaycan lideri də rusiyalı həmkarı Putin kimi bunları hiss edir və önləyici tədbirləri həyata keçirir.

Nəşr olduqca maraqlı paralellik apararaq qeyd edir ki, Xəzər sammiti ərəfəsində Azərbaycan hökumətinə ABŞ və digər beynəlxalq hüquq müdafiə təşkilatlarının təzyiqə başlaması heç də təsadüfi deyil.

Misal üçün, ABŞ prezidenti Barak Obama BMT-də çıxışı zamanı fundamental azadlıqların pozulduğu ölkələr arasında Azərbaycanın da adını çəkdi. Maraqlıdır ki, BMT Baş Assambleyasının illik sessiyası dünyanı narahat edən ciddi problemlərin müzakirəsi üçün nəzərdə tutulur, lakin Azərbaycanın nə dərəcədə qlobal problem olduğu suallar doğurur.

Məşhur hüquq müdafiə təşkilatları Obamanı dəstəklədi. Ötən həftə “Human Rights Watch” Avropa Şurasına müraciət edərək qərbyönümlü QHT rəhbərlərinin azad olunması üçün Bakıya təzyiqə etməyə çağırdı. Eləcə də digər hüquq və iqtisadi beynəlxalq təşkilatlar Azərbaycana qarşı informasiya təbliğatına başladılar.

Ekspertlər güman edirlər ki, bu cür təşviqatlar ərəb inqilablarında olduğu kimi, qanuni siyasi hakimiyyətlərin devrilməsi fonunda tez-tez müşahidə olunur.

Azərbaycanda sonuncu siyasi mübarizə 2013-cü ilin oktyabrında keçirilən prezident seçkilərində müşahidə olundu. Lakin İlham Əliyev qalib oldu ki, bu bir neçə səbəbdən irəli gəlirdi. Birincisi, Qərb emissarlarının diqqəti daha çox Ukraynaya yönəlmişdi, ikincisi, ölkədə nə ordu, nə də xalq alternativlərə dəstək vermirdi, üçüncüsü isə, İlham Əliyev xalqın dəstəyini qazandı.

Nəşr qeyd edir ki, Qərb Azərbaycanın müstəqil siyasəti və Rusiya ilə yüksək əməkdaşlığı ilə çətin ki barışacaq. Deməli, ölkədə “rəngli inqilablara” cəhdlər olacaq. Burada təkcə hüquq müdafiəsi ritorikası deyil, Dağlıq Qarabağ amili da istifadə olunacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm