Müsavat gənclərinə “glamur sədr” seçildi? - Fotolar
Bizi izləyin

Nida.az

Müsavat gənclərinə “glamur sədr” seçildi? - Fotolar

Bu gün Müsavat Gənclər Təşkilatının (MGT) sədrliyinə seçkilər keçiriləcək.

Publika.az xəbər verir ki, MGT-yə ən şanslı namizəd kimi Səma Qəbulovanın adı çəkilir. Artıq sosial şəbəkələrdə onu təbrik edənlər də var.

Özü isə bu barədə “Gözəl insanlar Müsavat Gənclər Təşkilatının müvəqqəti sədrlik postuna namizədəm. Təbrikləriniz üçün təşəkkür edirəm” deyə bildirib.

Medianın diqqətini çəkən məsələ isə S. Qabulovanın fotolarıdır. Belə ki, əksər media orqanı yeni sədr kimi təqdim etdiyi müsavatçı xanımın “glamur foto”larını yayıb.

Keçmiş sədr Əhliman Abbasa yaxın müsavatçı gənc Rəşad Museyibzadə isə “MGT Arif Hacılının kurasiyasına keçdi” deyə məsələyə münasibət bildirib.

Qeyd edək ki, MGT-nın keçmiş sədri Əhliman Abbas partiyasının VIII qurultayında Arif Hacılının başqan seçilməsinə etiraz edərək təşkilatdan, eləcə də Müsavatdan istefa verib. O, seçkinin saxtalaşdırıldığını, Müsavatda despotizmin olduğunu dilə gətirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm