• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

MSK üç seçki dairəsi üzrə komissiya üzvlərini müəyyənləşdirdi

  • Nida.az
  • 20 Oktyabr 2014 18:40
  • 468 Baxış
MSK üç seçki dairəsi üzrə komissiya üzvlərini müəyyənləşdirdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasın gündəliyinə MSK-nın 13 oktyabr tarixli protokolunun təsdiq edilməsi və bəzi seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri daxil olunub. MSK-nın 13 oktyabr tarixli protokolu təsdiq edilib. 3 dairə seçki komissiyasının ləğv edilməsi nəticəsində yeni yaradılan 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 41 saylı Sumqayıt birinci seçki dairəsi və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə seçki komissiyalarının da üzvləri seçilib.

İclasda 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə Dairə Seçki Komissiyasının üzvlüyünə namizədliklə bağlı mübahisə yaşanıb. Mübahisə parlamentdə azlığı (siyasi partiyaları) təmsil edən MSK-nın 6 üzvünün 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə DSK-ya namizədlərin irəli sürülməsi məsələsində öz aralarında razılığa gələ bilməməsi səbəb olub.
MSK üzvü Almaz Qəhrəmanlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədini müdafiə edib və bundan əvvəl həmin ərazi üzrə dairə seçki komissiyasının üzvü olmuş Əlvan Dəmirlinin namizədliyinin MSK katibi Mikayıl Rəhimli tərəfindən irəli sürülməməsinə etiraz edib. MSK üzvü Akif Qurbanov da onun etirazını əsaslı sayıb.

A. Qəhrəmanlı bildirib ki, yeni təşkil edilmiş 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə ərazidə əvvəlcə mövcud olmuş DSK-da 3 yer BAXCP, VHP və Böyük Quruluş partiyaları arasında bölüşdürülmüşdü: “Ancaq bu gün Əlvan Dəmirlinin namizədliyi azlığın MSK-da katibi olan Mikayıl Rəhimli VHP-nin namizədini təqdim etmədi, Sosial Rifah Partiyasının namizədini təqdim etdi. Bu, düzgün deyil”.

M. Rəhimli isə bildirib ki, bundan əvvəl DSK üzvü olmuş Əlvan Dəmirli ilə bağlı şikayətlər gəlib: “Əlvan Dəmirli son seçkilərdə DSK-nın üzvlü seçilib. Ancaq çox təəssüf ki, Əlvan Dəmirlidən şikayətlər eşitmişik. Çünki Əlvan Dəmirli həm VHP-nin rayon təşkilatının sədridir, həm də VHP-nin Məclis üzvüdür. Qanunvericiliyə görə də DSK üzvü bitərəf olmalıdır”.


MSK sədri Məzahir Pənahov DSK-lara namizədlərin MSK-da azlığı təmsil edən 6 üzv tərəfindən müəyyənləşdirilməli olduğunu, partiyaların birbaşa namizəd irəli sürərək MSK-dan həmin namizədin DSK üzvü seçilməsini tələb etməyə haqqı olmadığını vurğulayıb: “Buna baxmayaraq, mən həmişə partiyaların inkişafı üçün onların namizəd irəli sürməsinə müsbət yanaşmışam. Lakin bir daha deyirəm ki, DSK-dakı 3 yerə məhz siz, MSK-nın 6 üzvü namizəd irəli sürməlidir. Öz aranızda razılığa gələ bilməsəniz, ayrılıqda da namizəd irəli sürmək hüququnuz var”.

M. Rəhimli Sosial Rifah Partiyasının namizədinin MSK-da azlığı təmsil edən 6 üzvdən 3-nün dəstəklədiyini nəzərə çatdırıb.

M. Rəhimlinin təqdimatı ilə Sosial Rifah Partiyasının müdafiə etdiyi namizəd DSK üzvü seçilib.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR