“Əli Kərimli Amerikadan Consonu gözləyir” – Şok İttihamlar
Bizi izləyin

Nida.az

“Əli Kərimli Amerikadan Consonu gözləyir” – Şok İttihamlar

“Əli Kərimli ilə aramızda çox söhbətlər olub, ona və ətrafına söyləyirdim ki, qayıdın özünüzə. Bir neçə ay bundan öncə demişəm ki, bu millətin ağlı yoxdur, bizi Xəzərə kürüyüb tökmür”.


Bu barədə Publika.az-a açıqlamasında AXCP sədrinin sabiq müşaviri Şakir Abbasov partiyadan istefa verməsi haqda danışarkən deyib.

O, AXCP-də Elçibəyi təhqir etdiklərini deyib. Bildirib ki, qonaq gələndə şəklini başlarının üstünə asırlar, başqa vaxt görürlər: “Elçibəyə qarşı ittihamlar, təhqirlər yağıdırırlar. Halbuki, hər şeyə rəğmən ölünün arxasına danışmaq olmaz. Digər tərəfdən, bu partiyanı Elçibəy yaradıb, indi onu saymırlar. İstefama səbəb də bu olub. Buna son qoymağı tələb etmişəm, amma bildiklərini edirlər. Bir yığın adam toplaşıb müxalifətdə olan insanların başına oyun açırlar”.


Ş. Abbas Əli Kərimli haqda şok faktlar da açıqlayıb.


“Oturub pul qazanmaqla məşğuldurlar. Biri xaricə adam göndərməklə pul qazanır, digərləri pul qopardırlar. Tribunadan bar-bar çığırıb, millət deyənlərin hərəsinin altında “Jeep” var, mülklərdə yaşayırlar. Milləti aldatmayın, kişisiniz, qeyrətiniz olsun, bacarmırsınızsa, çəkilin durun kənarda. Bu gün Amerikadan Consonu gözləyirlər. 2003-cü ildə ABŞ səfirinin qarşısında demişəm ki, Amerikanın ayağı bu torpağa dəyəndən millət acdı. Biri gedir Fransada oturub qurbağa yeyir, oradan mənə əmr verir, burdakı qəzeti idarə edir. Məni İsa Qəmbərçi deyirlər”, -deyə o bildirib.


Keçmiş müşavir qeyd edib ki, Əli Kərimli yaxın ətrafından qorxur.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm