Polad Bülbüloğlu: “Rusiya Ermənistana “həqiqət daha əzizdir” deməyə məcburdur”
Bizi izləyin

Nida.az

Polad Bülbüloğlu: “Rusiya Ermənistana “həqiqət daha əzizdir” deməyə məcburdur”

“Rusiya Ermənistana “Sən mənim dostumsan, amma həqiqət daha qiymətlidir, sən özgə torpaqları işğal etmisən” deməyə məcburdur. Biz anlayırıq ki, Rusiya Ermənistanla dostdur və buna heç kim etiraz etmir. Amma heç kim məşhur aforizmi, “Platon mənə dostdur, amm həqiqət daha əzizdir” deyimini unutmamalıdır”.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rus mediasına açıqlamasında deyib.

Səfir bildirib ki, Rusiya bunu Ermənistana açıq deməyəcək, amma regionun inkişafı üçün bu edilməlidir.

P. Bülbüloğlu Rusiya-Azərbaycan münasibətlərinə toxunaraq deyib ki, hazırda münasibətlərin yüksək səviyyədə qalması üçün diplomatlar mümkün olan hər şeyi edirlər.

“Ukraynada və Yaxın Şərqdə qlobal dünya problemləri olanda bu, Rusiya və Azərbaycana da təsir edir. Hər kəs bu gün Yaxın Şərqdə nələrin olduğunu görür, eləcə də Ukraynada. Buna mane olacaq mexanizmlər yaratmaq lazımdır. Əlbəttə ki, bunlar haqqında Azərbaycanda düşünürlər. Bu gün bir çox ağıllı insanlar etiraf edirlər ki, Ukrayna öz Heydər Əliyevini tapa bilmədi. Yəqin ki, buna görə də hazırda hadisələr neqativ olaraq inkişaf edir. Əgər Heydər Əliyev kimi ümummilli lider olsaydı, ölkəni birləşdirə, düzgün qərarlar qəbul edə bilərdi. Necə ki, 1990-cı illərdə oxşar proseslər Azərbaycanda da baş verdi. Yalnız Heydər Əliyev neqativ halların qarşısını kəsə bildi, milləti birləşdirməyi bacardı. Lakin hələ də Dağlıq Qarabağ kimi sağalmaz yara qalır və bu münaqişə qaldıqca regionun ümumi inkişafından danışmaq çətindir”, - deyə səfir vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm