Nida.az
“Nobel sülh mükafatının Mehriban Əliyevaya verilməsi ən doğru addım olar”
“Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Nobel sülh mükafatının verilməsi, bəlkə də, bu mükafatın tarixində ən doğru addım olardı”.
Bunu Publika.az-a açıpqlamasında Milli Məclisin
Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Nobel sülh mükafatının
Azərbaycan və bəşəriyyət üçün gördüyü işlərə görə ölkənin birinci
xanımı Mehriban Əliyevaya verilməsi təklifinə münasibət bildirərkən
deyib.
Komitə sədri qeyd edib ki, Mehriban Əliyeva istər ölkə, istərsə
də bəşəriyyət, insanlıq üçün bir çox işlər görüb: “Bu mükafatı
alanların xidmətinə nəzər salsaq, Mehriban xanımın gördüyü işlərlə
müqayisədə çox-çox azdır. Bu baxımdan, çox düzgün təklifdir və heç
olmasa, ədalət prinsiplərinə görə bu reallaşmalıdır”.
Lakin komitə sədri Nobel mükafatının siyasiləşməsi tərəfinə də
diqqət çəkib.
“Vaxtilə Çingiz Aytmatova verilmədi, amma SSRİ-ni dağıdan, əli qana
batmış Qorbaçova sülh üzrə Nobel mükafatı verildi. Bütün bunlar
ortada siyasi məqsədlərin də olduğunu göstərir. Bu da haqlı etiraz
doğurur. Böyük xidmətləri olan insanlara bu mükafat verilmirsə,
bunu təəccüblə qarşılamırıq”, - deyə millət vəkili vurğulayıb.
N. Cəfərov qeyd edib ki, Azərbaycan ictimaiyyəti bu mükafatın
Mehriban Əliyevaya verilməsi üçün hərəkətə keçməlidir.
“Nobel mükafatının formalaşmasında Bakı neftinin böyük rolu olub.
Bu baxımdan, bizim içimizdə daim bir nisgil var. Çünki indiyə qədər
layiq olan heç bir azərbaycanlıya bu mükafat verilməyib. Artıq biz
də səsimizi çıxarmalıyıq. Faktiki olaraq, Nobelə, bəlkə də, daha
artığına layiq olan namizədimiz var. Onun humanizm addımları,
gördüyü işlər bu mükafatın kriteriyaları baxımından daha artıqdır.
Niyə də olmasın? Hesab edirəm ki, Nobel sülh mükafatı Mehriban
Əliyevaya verilsə, bu mükafatın tarixində ən doğru addım olar”, -
deyə N. Cəfərov vurğulayıb.
Qeyd edək ki, “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur
Camalqızı bu məsələ ilə bağlı mətbuatda “Azərbaycanı görün...” adlı
xüsusi məqalə ilə çıxış edib.
Asif Nərimanlı
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR