Nida.az
İkram İsrafil: “İstefaya dəvət radikallıq əlamətidir” – Müsahibə
Müsavat Partiyasının funksioneri, sabiq deputat İkram İsrafil Publika.az-a müsahibəsində Müsavatdakı durum və seçkinin nəticələrindən narazılıqları şərh edib.
- İkram bəy, Müsavat qurultayını keçirdi və yeni başqanı
seçdi. Lakin narazılıqlar hələ də davam edir. Hazırki durum partiya
üçün necə nəticələnə bilər?
- Müsavatın qurultayı gözlədiyimizdən də artıq demokratik, şəffaf
keçdi. Əlbəttə ki, seçkilərdən narazı qalan, strukturlara
nümayəndələrinin seçilmədiyi və özlərinin də seçilmədiyi üçün
nəticələri qəbul etməyənlər var. Mən bundan narahatam və təəssüf
hissi keçirirəm. Mənim də səs verdiyim dostlarım var ki, onlar da
seçilməyib. Hətta dostlarımızın seçilmədiyinə görə təəssüfləndim.
Amma bu bir seçkidir. Mən seçki prosesini özüm izlədiyim üçün
hansısa problemin olması fikri ilə razı deyiləm. Çox istərdim ki,
dostlarımız seçilsin, amma seçilməyibsə və qurultay belə nəticəyə
gəlibsə, bunu qəbul etməliyik. Hər kəs kimi biz də ali orqan olan
qurultayın qərarına hörmət edib qəbul etməliyik.
Narazılıq edən dostlarımızı da müəyyən mənada başa düşürəm. Hər kəs
eyni xarakterdə, eyni düşüncədə olmaya bilər. Hesab edirəm ki, bu
narahatçılıq keçici olacaq. Narazı qalan dostlarımıza yolumuza
birgə davam etmək üçün tövsiyələr verməliyik. Onlar son nəticədə
Müsavatda olduqlarını və hər şeyin təkcə qurultayla həll
olunmadığını düşünməlidirlər. Məni də narahat edən ciddi məsələlər
var, amma biz birgə Müsavatı gələcəyə aparmalıyıq.
Məni narahat edən digər məsələ isə bəzi dostlarımızın bir-birinə
gözləmədiyim sözlərlə ittiham etməsidir. Bu qəbulolunmaz haldır.
Onlarla fərdi şəkildə danışıram və bu danışıqları davam etdirəcəm.
Kənarda da bir sıra dostlar problemin həll olunması üçün çaba sərf
edirlər. Çalışacağıq ki, yaxın vaxtlarda problemlər müsavatçılara
layiq şəkildə həll olunsun. Çünki söhbət Müsavat ideologiyasından
gedir. Şəxsən mən İkram İsrafil olaraq Müsavatdan getsəm, Müsavat
yenə qalacaq və fəaliyyətinə davam edəcək.
- Yeni başqan Arif Hacılını istefaya çağıranlar da var.
Onlar düşünürlər ki, problemlər yalnız başqanın istefasından sonra
həll oluna bilər. Siz necə düşünürsünüz?
- Bunu səsləndirən dostlarımıza rast gəlmişəm. Mən bir daha təkrar
edirəm ki, qurultay hər kəsin gözü önündə şəffaf şəkildə keçirildi.
Müsavatda olanların hər birinin öz düşüncəsi, baxışı var. Amma
unutmamalıdırlar ki, qurultay ali orqandır və ali orqanın qərarı
dəyişə bilməz.
Hətta qurultay nümayəndələrinin 20 faizi belə bunu tələb etsə, yenə də dəyişdirilə bilməz. Hesab edirəm ki, kimlərinsə istefaya dəvət edilməsi, bir qədər radikallıq əlamətidir. Belə çağırışlarla Müsavatda nəyəsə nail olmaq mümkün deyil.
- Necə düşünürsünüz, İsa Qəmbər partiya daxili
problemlərin aradan qalxması üçün müdaxilə
etməlidirmi?
- Hesab edirəm ki, İsa Qəmbər bu məsələlərə müdaxilə etməməlidir.
Çünki bu proseslərdə aktiv iştirak edən dostlarımız bu cür
fikirləri öz qərarları, düşüncələri ilə səsləndirirlər. Açığı, bu
cür fikir səsləndirmələrini başa düşə bilmirəm. Onların içində
mənim yaxın münasibətdə olduğum insanlar da var. Hesab edirəm ki,
onlar bu gün öz qərarlarını özləri vermək iqtidarındadır. Onlara
nəyisə izah etmək əbəsdir.
Asif Nərimanlı
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək