Auroliya Qriqoriuya Kremlin təzyiqlərindən danışdı
Bizi izləyin

Nida.az

Auroliya Qriqoriuya Kremlin təzyiqlərindən danışdı

Azərbaycanda yaxşı tanınan Moldovanın Ombudsmanı Auroliya Qriqoriuya Rusiyanın ölkəsinə qarşı təzyiqlərindən danışıb.


Publika.az xəbər verir ki, moldovalı ombudsman Rusiya tərəfindən Moldovaya qarşı sanksiyalar artım tempi ilə davam edir: “Bu sanksiyalar Avropa Birliyi ilə Assosiativ sazişi imzalanma ərəfəsində başladı. Əvvəlcə Moskva bizim şərablarımızın Rusiya standartlarına uyğun olmadığını açıqladı. Sonra növbə meyvə-tərəvəzə çatdı. Bu sanksiyalar moldovalıların yadında müstəqilliyin 23-cü ildönümü ərəfəsində qaldı. Xüsusilə qaz və digər enerjinin amansızca yüksəlməsi mənfi tendensiya yaradıb. Ona görə təəssüf edirəm ki, Moldova Rusiyaya tarix boyu dost olaraq yanaşıb”.


A. Qriqoriuya qeyd edib ki, Moldova vətəndaşlarının Rusiyaya girişinə hələlik hüquqi məhdudiyyətlər qoyulur: “Əgər əvvəllər Rusiya sərhədçiləri bizim vətəndaşların kiçik qanun pozuntularına barmaqarası baxırdısa, indi hər şey sərt miqrasiya qanunvericiliyi çərçivəsində həll olunur”.

O ümid edir ki, ombdusman səviyyəsində müdaxilə ediləcək problemlər olmayacaq.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm