AŞPA-da Qarabağla bağlı xüsusi məruzə hazırlanır
Bizi izləyin

Nida.az

AŞPA-da Qarabağla bağlı xüsusi məruzə hazırlanır

“AŞPA-nın növbəti sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca məruzə hazırlanacaq”.

Bu barədə Publika.az-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Rəfael Hüseynov bildirib.


Onun sözlərinə görə, Azərbaycanın AŞPA-ya üzv olduğu 15 il ərzində elə bir sessiya olmayıb ki, Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana təcavüzü məsələsi gündəmə gətirilməsin.


“Növbəti sessiyada da bu məsələ bütün kəskinliyi ilə qaldırılacaq. Ermənistan AŞPA-da çox çətin durumdadır. Ötən sessiyada Dağlıq Qarabağ üzrə ayrıca məruzənin hazırlanması ilə bağlı qərar qəbul edildi. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsinin, eləcə də Ermənistanın Azərbaycana işğalçı təcavüzünün Avropa Şurası səviyyəsində müzakirəsi nəticəsində növbəti sessiya bir çox yeni fikirlərin səslənməsi, sənədlərin hazırlanması baxımından yadda qalacaq”, - deyə R. Hüseynov vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm