Nida.az
Türkman liderindən tələb: “Bizə silah verin” – azərbaycanlılar İŞİD-in hədəfində
İraq Türkman Cəbhəsinin lideri, Kərkük millət vəkili Erşat Salihi Bağdadın şimalındakı Diyala mahalına bağlı Qaratəpə qəsəbəsində İŞİD-in hədəfində olan türkmanların qorunması üçün İraq hökumətinə rəsmi müraciət edib.
Publika.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, E. Salihi
hökumətdə türkmanları silahlandırmasını tələb etdiklərini
açıqlayıb.
“Tələbimiz türkmanların məzhəb ayrı-seçkiliyi edilmədən türkman
siyasətçiləri ilə koordinasiyalı şəkildə silahlandırılması və
təlimlər keçirilməsidir. Biz əvvəldən bu tezisi müdafiə edirdik.
Bağdad hökuməti isə buna qarşı çıxdı. Bıçaq sümüyə dirənəndə silaha
sarılın deyirlər. Amma bu işlər bir anda olmur. Əgər əvvəldən bizə
qulaq assaydılar, indi müharibəyə hazır türkman birliklərimiz
olardı və münaqişənin olduğu bölgələrin çoxunda müdafiəni təşkil
edə bilərdik”.
Avqust ayında İŞİD hücumuna qarşı öz imkanları daxilində mübarizə
aparan türkman Amirli qəsəbəsini nümunə göstərən E. Salihinin
fikrincə, İraq silahlı qüvvələrində müharibə aparmaq üçün lazım
olan motivasiya yoxdur: “Qaratəpə əhalisinin böyük çoxluğu
türkmanlardır. Yaxınlıqdakı kəndlərdə sünni və şiə ərəb kəndləri
var. Hazırda bu kəndlər də dağıdılır. Nə Peşmərgə, nə də mərkəzi
hökumətə bağlı hərbi birləşmələr müdafiəni təşkil edə bilmirlər.
çünki bu torpaqlara aid olduqları hissi onlarda yoxdur. Amirlidə
gördük, əllərinə heç vaxt silah almamış kəndlilər İŞİD-i belə
təəccübləndirən dirəniş göstərdi”.
E. Salihi qeyd edib ki, İŞİD hücumlarından ən çox türkmanlar zərər
görüb. Onun sözlərinə görə, ümumi əhalisi 20 minə yaxın olan
Qaratəpəni indiyə qədər 10 min nəfər tərk edib.
“Daha əvvəl Celevle bölgəsindəki atışmalardan qaçan bir çox türkman ailəsi bura sığınmışdı. İndi onlar ikinci dəfə qaçmaq məcburiyyətindədirlər. İŞİD hücumu altında qalan yüzlərlə mülki şəxs var”, - deyə o, bildirib.
Kərkük millət vəkili İŞİD-ə əsir düşmüş türkmanların taleyinin
bəlli olmadığını açıqlayıb. Deyib ki, Qaratəpə qəsəbəsinin
müdafiəsinə İraq ordusu ilə birlikdə könüllülər də qoşulub.
Qeyd edək ki, İŞİD İraqın Dilyalə mahalına bağlı olan Azərbaycan
əsilli türkmanların çoxluq təşkil etdiyi Qaratəpə qəsəbəsinə üç
tərəfdən top və digər ağır silahlarla hücuma başlayıb. Hücum
nəticəsində 7-si əsgər olmaqla 10 nəfər öldürülüb, 16 nəfər
yaralanıb. Terror qruplaşması 30 türkmanı əsir götürüb. Əsirlər
arasında qadın və körpələr də var.
Asif Nərimanlı
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR