• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ-dan Azərbaycan hökumətinin qərarına növbəti dəstək

  • Nida.az
  • 23 Oktyabr 2014 12:22
  • 437 Baxış
ABŞ-dan Azərbaycan hökumətinin qərarına növbəti dəstək

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun bərpasını alqışlayıb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytı xəbər verir.

Səfirliyin məlumatında deyilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi insan hüquqları üzrə işçi qrupunun bərpasını, Azərbaycan hökumətinin 17 oktyabr tarixli əfv sərəncamını və 4 vətəndaş cəmiyyəti fəalının azadlığa buraxılmasını alqışlayır”.

Səfirlik bu kimi şövqləndirici addımların əlavə müsbət hadisələrə səbəb olcağına ümidini ifadə edib: “Biz Azərbaycanın sabit, təhlükəsiz və firavan gələcəyə malik ölkə olması ilə bağlı istəklərini bölüşürük və bu məqsədə nail olmaq üçün ən yaxşı yolun Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq bütün vətəndaşların fundamental azadlıqlarının təmin edilməsi olduğuna əminliyimizi bildiririk”.

Qeyd edək ki, Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edilib, işçi qrupunun bu gün keçirilən iclasında təşkilati məsələlər müzakirə edilib, qrupun həmsədrləri və katibləri seçilib.

Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər.

Həmçinin qrupun adı dəyişdirilərək İnsan Hüquqları üzrə Birləşmiş Qrup adlanıb.

2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də 84 məhbusun əfv olunması haqqında sərəncam imzalayıb.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR