Nida.az
İŞİD-in azəri camaatının lideri “İbn Xəttab”: “İslam dövləti”nə biət edin” - Şok
İŞİD-in tərkibində azərbaycanlı döyüşçülərdən ibarət olan Xəttab
camaatı haqda yeni məlumatlar yayılıb.
Publika.az İŞİD-in çeçen döyüşçülərinə yaxın
saytlara istinadən xəbər verir ki, Xəttab camaatı Əl-Nusra
qruplaşmasının tərkibindəki azərbaycanlıların yaratdığı Əbu Kamil
camaatına qarşı bəyanatla çıxış edib.
“Biz sizi həmvətənləriniz olaraq İslam dövlətinə biət etməyə
çağırırıq. Necə də olsa, uca Allahın iradəsi ilə İslam dövləti
yarandı və bir gün hər kəs Allahın bayrağı altında birləşəcək. Nə
qədər gec deyil, düz yola gəlin”, - deyə bəyanatda qeyd
edilir.
Qeyd edək ki, bir müddət öncə İŞİD-in çeçen komandiri Ömər
Şişaninin adından Rusiyanı hədələyən açıqlamanın əslində Əbu Kamil
camaatı tərəfindən verildiyi deyilir. Belə ki, çeçen camaatına
yaxın saytlarda yayılan məlumatlara görə, “Şişani” adı Suriya
cihadında populyar olduğu üçün əksər mücahid bu adı özünə ləqəb
olaraq götürür. Bu baxımdan, yayılan açıqlama əsl Ömər Şişaniyə aid
deyil.
Bəyanat yayan Xəttab camaatının lideri haqqında da maraqlı
məlumat yayılıb. Məlumata görə, İbn Xəttab adlanan camaatın lideri
2 il öncə Azərbaycandan gəlib və Suriya cihadında öncül yerlərdən
birini tutub. Azərbaycanlı komandirin 29 yaşının olduğu deyilir.
Əsl soyadı Ramaldanovdur.
Bu məlumatı yayan sayt bildirir ki, Xəttab camaatında
azərbaycalılar çoxluq təşkil etsə də, müxtəlif xalqların
nümayəndələri də burda təmsil olunur. Xüsusilə məhsəti türkləri
var.
Məlumatda bildirilir ki, Suriya cihadında iştirak edən
azərbaycanlılar əvvəldən ideoloji olaraq bölünüblər. Bir qrupu
Əl-Nusra, bir qrupu Əhraru-Şamda döyüşür. Çoxluq isə İŞİD-ə
məxsusdur.
Asif Nərimanlı
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək