• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Georgi Fyodorov: “İslam amili Azərbaycanda sabitliyi poza bilər”

  • Nida.az
  • 23 Oktyabr 2014 12:54
  • 338 Baxış
Georgi Fyodorov: “İslam amili Azərbaycanda sabitliyi poza bilər”

“Millətlərarası və dünyada dini problemlərin kəskinləşməsi Bakı ilə Moskvaya dostluq etməkdən başqa yol buraxmır”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının üzvü Georgi Fyodorov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya strateji partnyordurlar: “Bu gün dünyada “strateji rəqiblər” “yumşaq güc” siyasətindən çəkildilər. Ukraynada baş verən son Maydan hadisələri “narıncı” yox, “məxməri” inqilab idi. Bu layihə yavaş-yavaş sona çatır və artıq ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı başqa metodlarla hərəkətə keçməyə çalışırlar. Bu kontekstdə “İslam dövləti” ABŞ-ın strateji hədəflərini yerinə yetirən vasitədir. Ukraynada islam amili yox idi, amma orda millətçilərdən istifadə edildi”.

G. Fyodorov hesab edir ki, islam amili Azərbaycanda ciddi şəkildə poza bilər.

“Biz çox dövlət gördük, hansı ki, inkişaf etmiş iqtisadiyyatı, sosial rifahı var, neftdən gələn gəlirlər düzgün şəkildə səmərəli istifadə edilir. Amma əhalinin bir hissəsi necə olursa meydanlara çıxır, çünki onlar bir növ yoluxdurulublar. Bu təhlükələri qiymətləndirməmək olmaz. Mən Yaxın Şərqdə, eləcə də Azərbaycana bunu arzulamazdım. Çünki Xəzəryanı regionunda istənilən münaqişə MDB-də acınacaqlı nəticələrə gətirib çıxaracaq”, - deyə İctimai Palata üzvü bildirib.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR