Müsavatın qovulan üzvü Rəsulzadəyə müraciət etdi - Şok
Bizi izləyin

Nida.az

Müsavatın qovulan üzvü Rəsulzadəyə müraciət etdi - Şok

Müsavat Partiyasının Qubadlı rayon təşkilatından qovulduğu deyilən Məhəbbət Muradov maraqlı müraciət yayıb.
Publika.az xəbər verir ki, müraciət partiyanın qurucusu Məmməd Əmin Rəsulzadəyə ünvanlanıb.


“Azərbaycanın memarı, Müsavatın qurucusu, türk dünyasinin dahilərindən biri Məhəmməd Əmin Rəsulzadə ruhuna Ərizə” sözləri ilə başlayan müraciətdə bildirilir ki, məqsəd pozulmuş hüququn bərpasıdır.
Özü haqqında məlumat verən M. Muradov bildirib ki, son illər Müsavatda, xüsusən də təmsil olunduğum Qubadlı rayon təşkilatındakı özbaşınalıqlar, qarayaxmalar, şərləmələrdən hali etməkdir sizin müqəddəs ruhunuza müraciətim.


“Başqa ünvanda zatən yoxdur. Sizin ruhunuzu narahat etməklə məqsədim pozulmuş hüququmu bərpa etməkdir”, - deyə o bildirib.


Qeyd edək ki, Müsavat başqanın keçmiş müşaviri Hüseyn Məlikin yaydığı məlumata görə, M. Muradov Qubadlı rayon təşkilatından qovulub.


Müsavat yetkilisi Gülağa Aslanlı isə M. Muradovun partiyadan qovulduğu xəbərini təkzib edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm