• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Müxalifətdə mitinq hazırlığı gedir: Müsavat Milli Şuradan geri qalmaq istəmir

  • Nida.az
  • 23 Oktyabr 2014 13:54
  • 1 226 Baxış
Müxalifətdə mitinq hazırlığı gedir: Müsavat Milli Şuradan geri qalmaq istəmir

Azərbaycanda müxalifət növbəti mitinqə hazırlaşır.


Publika.az xəbər verir ki, Milli Şuranın 12 oktyabr mitinqindən sonra qurumun daxilində növbəti aksiya ilə bağlı təkliflər səsləndirilir.


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da “facebook” səhifəsində iddia edib ki, 12 oktyabr mitinqi insanları ruhlandırıb.


“O halda nədən növbəti aksiyaya hazırlaşmamalıyıq? Gəlin vaxt itirməyək və daha kütləvi bir mitinq üçün indidən hazırlıq işlərinə başlayaq”, – deyə o bildirib.


Qeyd edək ki, Milli Şura ilə paralel şəkildə Müsavat da mitinqə hazırlaşır.


Müsavat funksioneri Tural Abbaslı Publika.az-a açıqlamasında deyib ki, mitinq fikri Müsavatda əvvəldən var imiş.


“Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət də hazırlanmışdı. Amma həmin vaxt digər partiyalar da mitinqin təşkilatçılığında iştirak etmək niyyətlərini açıqladı və məsləhətləşmələr qərarına gəldik. Məsləhətləşmələr uzun sürdüyü üçün mitinq təxirə salındı. Hazırda bu məsələ müzakirə edilməsə də, mitinqin keçirilməsi gündəmdədir. Partiya daxili strukturlaşma bitəndən sonra bu məsələdə qərar veriləcək”, - deyə o bildirib.


Gülağa Aslanlı isə qeyd edib ki, Müsavat mitinqi noyabr ayının sonunadək keçirə bilər.


Qeyd edək ki, Müsavat Milli Şuranın 12 oktyabr mitinqinə birgə qoşulmaq istəyirdi. Lakin qarşı tərəf buna müsbət cavab vermədi. Mitinq keçirildiyi gün isə Müsavat rəhbərliyinə soyuq münasibət növbəti mitinqlərdə tərəflərin birgə iştirakını çətinləşdirir.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR