Nida.az
Müsavatda yeni seçki başlayır: namizədlər arasında kimlər yoxdur? – ilginc məqamlar
Müsavatda seçki kampaniyası yenidən başlayır.
Publika.az xəbər verir ki, oktyabrın 25-də Müsavat
Partiyasının Divan və sərbəst Məclisə, həmçinin MNTK-ya seçkilər
keçiriləcək.
Divanda 13 yer boşdur, lakin hələlik 10 nəfərin seçiləcəyi planlaşdırılır. Seçkidə 12 namizəd iştirak edəcək.
Sərbəst Məclis üzvlüyünə 40, MNTK-ya isə 8 namizəd var.
Maraqlıdır ki, keçmiş namizədlərdən yalnız Tural Abbaslı Məclis
üzvlüyünə namizədliyini irəli sürüb. Nə Səxavət Əlisoy, nə Qubad
İbadoğlu, nə də İbadoğlunun tanınmış tərəfdarları namizədliklərini
verməyiblər.
Lakin müşahidə edilən mənzərə, bunun partiyanın yeni rəhbərliyini
narahat etmədiyini göstərir. Namizədlər artıq öz təbliğatlarına
başlayıblar.
Arif Hacılının tərəfdarı Divan üzvlüyünə namizəd Səxavət Soltanlı müsavatçılara müraciət edərək deyib ki, ictimai və siyasi dəstəyinizə böyük ehtiyacı var.
“Əsasən, müsavatçılardan, demokratik düşüncə sahibi olan ictimai
fəallardan dəstək istəyirəm, ən əsası da Müsavat Partiyasının
Məclis üzvlərindən mənə etimad göstərmələrini xahiş edirəm! Mən
sizlərdən qurultay zamanı dəstək istədim, böyük etimad göstərdiniz,
Məclis üzvü seçdiniz, bu dəstəyə görə xüsusi təşəkkür edirəm! Mənə
səs verməklə əlavə məsuliyyət verdiniz, indi daha çox məsuliyyət
vermənizi istəyirəm. Bu məsuliyyətin altına girməyə özümü tam hazır
hiss edirəm. Hər zaman çalışacam ki, müsavatçılığa, həqiqətə və
demokratiyaya xidmət edim, dövlətimizin və insanımızın xoşbəxtliyi,
ərazilərimizin bütünlüyü, güclü cəmiyyətin qurulması üçün ilk
olaraq bunları vacib bilirəm. Hər birinizin səsinə və dəstəyinə
ehtiyacım var”, - deyə o vurğulayıb.
Asif
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI