• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Suriyaya gedən ilk azərbaycanlı QAT-ın üzvü olub - Şok açıqlama

  • Nida.az
  • 24 Oktyabr 2014 10:36
  • 2 343 Baxış
Suriyaya gedən ilk azərbaycanlı QAT-ın üzvü olub - Şok açıqlama

Suriya cihadına qoşulan ilk azərbaycanlı Rüstəm Əsgərov Qarabağ Azadlıq Təşkilatının üzvü olub.

Publika.az-a açıqlamasında bu barədə QAT sədri Akif Nağı məlumat verib.

Qeyd edək ki, Suriyada döyüşən azərbaycanlılar bu günlərdə maraqlı bir məqalə ilə çıxış ediblər. Məqalədə R. Əsgərovun fəaliyyəti işıqlandırılır və onun hər zaman andığı üçün Akif Nağıya təşəkkür edirlər.


A. Nağı bildirib ki, R. Əsgərov dünyagörüşü geniş olan, fəlsəfəni, ərəb dilini bilən adam idi: “2003-cü ildə Qarabağda döyüşmək üçün dəstə yaratdılar. Sərhədi keçmək istəyəndə MTN tərəfindən saxlanıldılar. 23 nəfərdən ibarət qrup idi. Onların hər biri müxtəlif müddətə həbs olundu. R. Əsgərov həbsdən çıxandan sonra dəfələrlə bizə müraciət edib Qarabağa getmək istədiyini deyirdi. Sonra eşitdim ki, Türkiyəyə köçüb, ailəsi ilə birgə orda yaşayır. Türkiyəyə səfərimiz zamanı onunla görüşmək istədim, amma vaxt baxımından görüşümüz alınmadı. Daha sonra eşitdim ki, Suriyaya gedib və öldürülüb”.

A. Nağı qeyd edib ki, həmin 23 nəfərin çoxu bu gün Türkiyədə yaşayır.
“Azərbaycanda da yaşanlar var. Cəbhə bölgəsində gərginliyin olduğu vaxt biz Tərtərə, Ağdama səfərlər etdik. Tərtərdə olanda onların bir qurpu ilə görüşümüz də oldu. O vaxt Ali Baş Komandana müraciət edərək Qarabağda döyüşmək istədiklərini də açıqladılar”, - deyə o bildirib.

QAT sədri qeyd edib ki, həmin şəxslərdən R. Əsgərovla birgə Suriyaya gedənlərin olması haqda məlumatsızdır.


Xatırladaq ki, R. Əsgərov Suriyaya döyüşməyə gedən ilk azərbaycanlıdır. O, “Əhraru-Şam” İslam hərəkatında Azərbaycanlı camaatın əmiri olub. 2013-cü ilin 5 dekabr tarixində Hələbdə gedən döyüşlərdə öldürülüb.

Rövşən Bədəlovla bağlı maraqlı fikirlər səsləndirib, habelə ölkə rəhbərliyinə bir neçə sualla müraciət edib:

“Suriyada həlak olması ilə bağlı xəbər yayılan Rövşən Bədəlov (“Bədəl” adı ilə tanınırdı) Qarabağ Azadlıq Təşkilatının üzvü olub, Tərtərdən nümayəndə kimi QAT-ın 1-ci qurultayında iştirak edib. O vaxtdan Qarabağda partizan dəstəsi yaratmaq cəhdləri edib. Sonralar Çeçenistanda, Pankisi dərəsində döyüşlərdə iştirak edib. 2003-cü ildə dəstə yaradaraq cəhbə xəttini keçib Qarabağda partizan hərəkatını başlamaq istəyib. 2003-cü ilin avqustunda o, başda olmaqla dəstənin 23 üzvü Bakıda həbs olunub. Rövşən Bədəlova 10 il həbs cəzası verilib. 2013-cü ildə azadlığa çıxıb”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR