Alman politoloq: “Berlin Qarabağın həlli üçün konkret addımlar atmalıdır”
Bizi izləyin

Nida.az

Alman politoloq: “Berlin Qarabağın həlli üçün konkret addımlar atmalıdır”

“Almaniya Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanatların arxasından münaqişənin həlli üçün konkret addımlar atmalı və ATƏT-in Minsk qrupunda ən fəal üzv olan Rusiya ilə əməkdaşlıqdan qaçmamalıdır”.


Publika.az xəbər verir ki, bu barədə alman politoloq Hayko Lanqner Almaniya xarici işlər naziri Frank-Valter Ştanmayerin Cənubi Qafqaza səfəri çərçivəsində Bakı və İrəvanda münaqişəni müzakirə etməsini şərh edərkən deyib.


Laqner Almaniyanın Bundestaqda Sol fraksiyasının sorğusuna cavabını xatırladıb.


“Federal hökumət sorğuya cavabında bildirdi ki, Minsk qrupunun əsas həmsədri kimi Rusiyanın sülh səylərini dəstəkləyir. Lakin Berlinə konkret addım atmaq və Rusiya ilə daha sıx əməkdaşlıq etmək lazımdır. Ukrayna münaqişəsində Almaniya hökumətinin birtərəfli mövqeyinə və Rusiyaya qarşı sanksiyaların tətbiqinə verdiyi dəstəyə görə Berlinlə Moskva arasında etibar böhranı yaranıb. Lakin Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini dəstəklədiyi üçün Almaniyanın mövqeyi Rusiyanın hazırkı təşəbbüsləri ilə praktiki olaraq uyğun gəlir. Bu, Minsk qrupu çərçivəsində Berlin və Moskvanın daha intensiv əməkdaşlığı üçün sahəni açır”, - deyə alman politoloq bildirib.


H. Lanqner həmçinin qeyd edib ki, Almaniya üçün Azərbaycan və Ermənistanla müzakirə etməyə başqa mövzuları da var: “Alman xarici işlər nazirinin səfəri hər iki ölkənin Avrointeqrasiya baxışlarını dəyişdirə bilər. Çünki Ermənistan Rusiyanın Avrasiya İttifaqına daxil oldu, Azərbaycanda Assosiativ Sazişi imzalamaq istəmədi. Berlin bu itkiləri minimallaşdırmağa və “Şərq Tərəfdaşlığı” çərçivəsində hər iki ölkə ilə əməkdaşlığı xilas etməyə çalışacaq”.


Cənubi Qafqaza səfər edən Almaniyanın xarici işlər naziri Valter Ştaynmayer Bakı və İrəvanda olub.
Əvvəlcə Bakıya gələn alman diplomat yüksək səviyyədə görüşlər keçirərək Qarabağ məsələsini müzakirə edib.
Erməni mediasının yaydığı xəbərə görə, alman diplomat Ermənistanda da Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müzakirə aparılıb.
V. Ştaynmayer oktyabrın 27-də keçiriləcək Paris görüşünə böyük ümidlər bəslədiklərini açıqlayıb.


Qeyd edək ki, alman diplomatın regiona səfəri ərəfəsində Almaniya Federal Hökuməti Bundestanqda Sol kommunist fraksiyası Almaniya Federal hökumətindən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində aldığı rol üzrə təfsilatlı hesabat tələb edən sorğusuna cavabında bildirib.

Rəsmi Berlinin mövqeyində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, həmçinin Yerevanı ilkin mərhələdə ətraf 7 rayonu qaytarmağa çağırır. Rəsmi Berlin qondarma “DQR”-ə İrəvanın dəstəyini də xüsusi vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm