Nida.az
“Əli Kərimli ermənilərə qarşı bu cür aqressiv deyil” – “Toy qalmaqalı” davam edir
“Azadlıq” Partiyasının sədri Əhməd Oruc Müsavat Partiyasının funksioneri, sabiq deputat İkram İsrafilin övladının toyunda Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin iştirak etməsini AXCP üzvləri tərəfindən satqınlıq adlandırılmasını sərt tənqid edib.
“Bunun AXCP tərəfindən qisasçılıq mövqelərinə qədər
irəliləyəcəyini gözləmirdim”
Publika.az xəbər verir ki, Ə. Oruc “facebook”
səhifəsində bildirib ki, İkram İsrafilin oğlunun toyunda çəkilmiş
bir şəklin bir qisim Şarikovlar tərəfindən bu cür qılıncla
qarşılanacağı gözlənilən deyildi.
“Açığı, bir sıra məqalə və müsahibələrimdə AXCP-nin demokratik
düşərgədə dağıdıcı bir mövqedən çıxış etdiyini, bu yolun səhv
olduğunu və tezliklə bu mövqedən çəkinəcəyinə inandığımı
bildirmişdim. Amma bu müxalifət daxili barışmaz mövqenin AXCP
tərəfindən düşmənçilik, qisasçılıq mövqelərinə qədər
irəliləyəcəyini gözləmirdim. Bir müddət əvvəl Milli Şuranın
mitinqində baş verənlər - mitinqdə iştirak edən, 25 illik mübarizə
yoldaşları, milli hökumət dönəmində ölkənin prezidenti
səlahiyyətlərini icra etmiş Milli Məclisin sədrinin, eləcə də baş
nazirin adının belə çəkilməməsi, onlara söz haqqının tanınmaması
baş verdi. Dünyanın istənilən ölkəsində bu cür vəzifələr daşımış
şəxslərin adları iştirak etdikləri bütün tədbirlərdə anons edilir,
onlara söz verilir, hörmət göstərilir, bunlar isə... Bu gün AXCP
milli hərəkatdan gələn partiyalardan tamamilə uzaq düşüb, onlara
qarşı kin-küdurət toxumu səpməyə girişib.
İndi isə eks-millət vəkili İkram İsrafilin oğlunun toyuna millət vəkillərini (o cümlədən YAP-dan olanları) dəvət etməsini “milli xəyanət” səviyyəsinə qaldırıblar”, - deyə o bildirib.
“AXCP ermənilərə qarşı bu cür aqressiv deyil”
Partiya sədri qeyd edib ki, bu işin başında Əli Kərimlinin birinci
müavini və mətbuat xidmətinin rəhbəri, yəni Əli bəyin özü durur:
“Açığı ictimai aktiv kəsimə daxil olan insanların xeyir-şər
işlərində həmişə hakimiyyətin də, müxalif kəsimin də, “konstruktiv”
müxalifətin də nümayəndələri iştirak edir. Mənim zənnimcə bu bir
millət kimi formalaşmaq istiqamətində bizim əldə etdiyimiz çox az
nailiyyətlərdən biridir. Yəni biz bir millətin nümayəndələri olaraq
milli adət və ənənələrimizi, milli kimliyimizi ən azı bu
məsələlərdə siyasi kimliyimizdən yuxarı qaldıra bilmişik.
Maraqlıdır ki, bu gün Milli Şurada hakimiyyətdən qovulmuşlarla, bir mandata görə siyasi əqidəsindən dönənlərlə, Azərbaycana düşmən olan ölkələrin agenturaları ilə bir yerdə oturmağı özlərinə rəva görənlər bütün bu fəaliyyətlərdən sonra cəmiyyətdə kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdimək cəhdində bulunurlar. 27 il bir düşərgədə təmsil olunduqları, dəfələrlə həbsdə olmuş, hər cür məhrumiyyətlərə düçar olmuş dünənki müttəfiqlərinə şər və böhtan atmağı özlərinə rəva görürlər. Maraqlı məqamlardan biri bundan ibarətdir ki, ölkədəki digər müxalifət partiyalarına, hakimiyyət nümayəndələrinə, onların bir araya gəlməsinə bu cür barışmaz, düşmənçilik mövqelərindən şıxış edənlər Azərbaycana qarşı həqiqi düşmən mövqelərdən çıxış edən ermənilərə qarşı bu cür aqressiv deyillər, son illər ərzində ermənilərin, onların havadarlarının xoşuna gəlməyəcək bir cümlə belə işlətməyiblər, tarixin müəyyən məqamlarında onlardan pay-püşk də alıblar. Birmənalı şəkildə ermənilərin xeyrinə olan “xalq diplomatiyası” maskası altında fəaliyyət göstərənləri müdafiə edirlər”.
“İçdiyi çaxırın pulunu” vermədən şuluq salıb aradan çıxmaq
istəyirlər”
Ə. Oruc əlavə edib ki, hakimiyyət və müxalifəti düşmənçilik
mövqelərinə keçən ölkələrin hansı bəlaların girdabında olduğu göz
önündədir. Onun sözlərinə görə, bu cəmiyyətin milli maraqları
birmənalı şəkildə barış, əməkdaşlıq tələb edir: “Cəmiyyətdə barış,
əməkdaşlıq, ədalət, milli bərabərlik, qarşılıqlı inam olmayacağı
halda biz heç bir problemi həll edə bilmərik, əksinə bu düşmənçilik
bir millət olaraq bizi daha da gücdən sala və daha çətin duruma
sürükləyə bilər. Ona görə də bizi bir araya gətirə bilən,
barışmazlıqları ortadan götürən dəyərli ziyalılarımızın, o cümlədən
İkam İsrafilin qiymətini bilməliyik. Hesab etmirəm ki, bu cür
kəskin qarşıdurmaya yönəlik siyasət cəmiyyət tərəfindən ciddi
dəstək görə bilər və bu siyasəti aparanlar özləri də bunu bilməmiş
deyil. Zənnimcə Milli Şuran bu cür uğursuz bir mövqeyə sürükləyən
iki səbəb var. Birincisi odur ki, Milli Şura kiməsə göstərməyə
çalışır ki, bəs cəmiyyətdə onlardan başqa barışmaz mövqedə olan heç
bir qüvvə yoxdur. Bəlkə də belə bir qarşıdurma üçün kiminsə
sifarişi var və bunlar da obrazlı şəkildə desək, “içdiyi çaxırın
pulunu ” vermədən şuluq salıb aradan çıxmaq istəyirlər.
Bu isteriyanın ikinci, bəlkə əsas səbəbi hakimiyyətlə digər müxalif qüvvələrin bir araya gəlməsi ehtimalıdır. Necə deyərlər, “xain xoflu olar”. Bəylər İkram İsrafilin oğlunun toyuna YAP nümayəndəsinin gəlməsini bu əməkdaşlığın başlanğıcı hesab ediblər, özlərinin kənarda qalacaqlarından üşürgələniblər, qarabasmalar olub və bütün silahlardan görüş yerini atəşə tutublar”.
Asif
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular