• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyə Ali Məhkəməsinin sədri: Azərbaycan insan hüquqlarının təmin edilməsində hədəflərinə çatacaq

  • Nida.az
  • 24 Oktyabr 2014 14:29
  • 339 Baxış
Türkiyə Ali Məhkəməsinin sədri: Azərbaycan insan hüquqlarının təmin edilməsində hədəflərinə çatacaq

"İnanıram ki, Azərbaycan demokratiyanın inkişafında və insan hüquqlarının təmin edilməsində qarşıya qoyduğu hədəflərinə çatacaq". Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Məhkəməsinin sədri Ali Alkan deyib.

A.Alkan bildirib ki, Avropa İttifaqına üzv olmaq istəyən Türkiyə qarşısına qoyulan şərtləri yerinə yetirməyə, qanunları və onların tətbiqini Aİ və Avropa İnsan Haqları Məhkəməsinin icraatlarına uyğunlaşdırmağa, buna müvafiq islahatlar aparmağa çalışır: "Uzun illərdir bu istiqamətdə işləyirik və yaxşı nəticələr əldə edilib".

Onun sözlərinə görə, qanunların uyğunlaşdırılmasında Türkiyənin müəyyən çatışmazlıqları var: "Ola bilər ki, bu çatışmazlıqları qısa zamanda aradan qaldırmaq mümkün olmasın. Lakin buna görə ruhdan düşmək lazım deyil".

Türkiyə Ali Məhkəməsinin sədri hesab edir ki, Azərbaycan da qanunları və onların tətbiqini Avropa İnsan Haqları məhkəməsinin icraatlarına uyğunlaşdırmaqda böyük səy göstərir və bunu çox sürətlə edir: "Azərbaycanın da eyni şəkildə bu istiqamətdə ciddi səy göstərdiyini, islahatları sürətlə həyata keçirdiyini görürük”.

A.Alkan Dağlıq Qarabağda yaradılmış separatçı rejim tərəfindən azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə məhkəmə qurulacağı məsələsinə də münasibət bildirib: “Mənim bu məsələdən tam olaraq xəbərim yoxdur. Amma onu deyə bilərəm ki, bu məsələdə beynəlxalq hüquq və insan haqları əsas götürülməlidir. Ümid edirəm ki, bu problem tezliklə həll olunacaq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR