İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovu Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, qarşılıqlı münasibətlərimizin hərtərəfli inkişafı və möhkəmləndirilməsi yolunda səylərimiz xalqlarımızın rifahına mühüm töhfələr verəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və firavanlıq arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm