Arif Hacılıdan xəbərdarlıq: “Təzyiqlərlə nəyəsə nail olmaq mümkün deyil”
Bizi izləyin

Nida.az

Arif Hacılıdan xəbərdarlıq: “Təzyiqlərlə nəyəsə nail olmaq mümkün deyil”

“İndi bir çoxlarının tənqid etdiyi, ittiham etdiyi şəxslərlə birgə illərdir ki, eyni yol gedilir. Onlarla illərdir ki, birgə yol gedirik. Onların üstündən xətt çəkmək olmaz. Onlar da bizdəndir, bizim üzvümüzdür”.

Publika.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Məclis iclasında çıxışı zamanı deyib.

A.Hacılı qeyd edib ki, narazılara dəfələrlə danışıq və barışıq təklif edib.

“Kim mənim üzərimə müharibə ilə gələcəksə, mən sülhlə gələcəm. Kimsə hesab edirsə ki, Arif Hacılı kiminləsə toqquşacaq, xeyr, olmayacaq. Müsavat Partiyasında hər bir üzvə bərabər münasibət olacaq. Amma təzyiqlərlə nəyəsə nail olmaq, hansısa görəvlərə də nail olmaq mümkün olmayacaq, bunu da deyirəm”, - deyə o bildirib.

Qeyd edək ki, iclasda Məclisin boş qalan yerlərinə və Divan üzvlüyünə seçkilər keçirilib. Divan üzvlüyünə 10 nəfər, Məclis üzvlüyünə isə yalnız başqan müavini Gülağa Aslanlı seçilib.
Toplantıda eyni zamanda Səxavət Soltanlı, Osman Kazımov, Gülağa Aslanlı, Nüşabə Sadıqlı və Elman Fəttah Müsavat başqanının Arif Hacılının müavinləri təyin edilib.

Xatırladaq ki, bundan əvvəl Arif Hacılı hazırda həbsdə olan Tofiq Yaqublu, Yadigar Sadıqlı və Fərəc Kərimlini özünə müavin təyib edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm