• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

XİN: Ermənistan Respublikası terroru dəstəkləyən dövlətdir

  • Nida.az
  • 25 Oktyabr 2014 23:50
  • 339 Baxış
XİN: Ermənistan Respublikası terroru dəstəkləyən dövlətdir

Terrorism Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir və Ermənistan Respublikası terroru dəstəkləyən dövlətdir.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri E.Nalbəndyanın 24 oktyabr 2014-cü il tarixində mətbuat konfransında səsləndirdiyi fikirlərinə dair şərhlərini Trend-ə bildirib.

Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə dəstəyi və iştirakı ilə 80-ci illərin sonundan başlayaraq, Azərbaycana qarşı 30-dan artıq terror-təxribat əməli törədilmişdir. Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat-istintaq yolları ilə tam şəkildə sübut olunmuşdur.

19 mart və 3 iyul 1994-cü il tarixində Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatında terrorun əsasını qoymuşdur. Ermənistan xüsusi xidmət orqanlarının bu ənənələri əsasında 10 il sonra Madrid və London metrolarında terror aktları törədilmişdir.

Ermənistan dünyada yeganə ölkədir ki, faşist müharibə cinayətkarı “general Dro” və qatı terrorçu Monte Melkonyan Ermənistanın milli qəhrəmanları elan edilmiş və onların şərəfinə Yerevanda abidələr qoyulmuşdur.

Dünyada terrorizmə qarşı mübarizədə “erməni terrorizmi” (Armenian terrorism) və onun “modus operandi”si xüsusi bir sahə kimi öyrənilir.

Tarixdən danışan Ermənistan xarici işlər nazirinə XİX əsrdən başlayan daşnak erməni terrorizmi, hələ Çar Rusiyasının 12 iyun 1903-cü il tarixli qərarı, beynəlxalq terrorun tərkib hissəsi olan və Ermənistanın xüsusi xidmət orqanlarının tərkibinə keçən ASALA terrorunu xatırlatmaq lazımdır.

Azərbaycan Respublikası bu gündə Ermənistan tərəfindən dövlət səviyyəsində aparılan terrorizm və beynəlxalq terrorizmlə üz-üzədir və Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyi töhfələri dünya birliyi tərəfindən layiqincə qiymətləndirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR