“Arif Hacılı İsa Qəmbərin projesidir” – Müsavatda şok qarşıdurma
Bizi izləyin

Nida.az

“Arif Hacılı İsa Qəmbərin projesidir” – Müsavatda şok qarşıdurma

Müsavat Partiyasının başqanlığına keçmiş namizəd, sabiq başqan müşaviri Səxavət Əlisoy partiyanın rəhbəri Arif Hacılının ünvanına yeni ittihamlar səsləndirib.


Publika.az xəbər verir ki, S. Əlisoy iddia edib ki, Arif Hacılının partiyanın başına gətirilməsi keçmiş başqan İsa Qəmbərin pojesi olub.


Onun sözlərinə görə, A. Hacılı nə iqtidarın, nə də müsavatçıların namizədi olmayıb: “Müsavat cameəsində 3 fikir var: birincisi, Hacılı iqtidarın projesi idi. Bu, tamamən yanlışdır. Bu iqtidarın Hacılı kimi populistə “stavka” etməsi məntiqdən kənardır. Əgər “stavka” etsəydi, Hacılı ən azı yüzdə 70 faizlə qalib gələrdi. İkinci fikir odur ki, Hacılı müsavatçıların projesi idi. Bu da yanlışdır. Müsavatçıların Hacılı zehniyyətinə “stavka” etməsi mümkün deyil. Müsavatda ona etimad göstərənlər maksimum 10-15 faiz olar.

Etimad göstərilsəydi, 3 səslə yox, ən azı 10 faiz səslə qalib gələrdi. Üçüncü versiya isə Hacılının İsa Qəmbərin projesi olduğu barədədir. Belə düşünənlər tam haqlıdır. Məhz İsa Qəmbərin dəstəyi sayəsində Hacılı çox çətinliklə qələbə çaldı. Bu gün Müsavatın mətbəxinə az-çox bələd olanlar gözəl bilir ki, bütün zamanlarda, xüsusən 2003-cü ildən sonra Hacılını “piyasa”da saxlayan məhz İsa Qəmbər olub. Hacılı İsa Qəmbərsiz siyasi arenada duruş gətirmək iqtidarında deyil. İsa bəy bu gün onun arxasından çəkilsə, Hacılı 2006-cı ildə olduğu kimi partiyadan getmək barədə qərar qəbul edər”.


Müsavatın Məclis üzvü, Arif Hacılının müavini Gülağa Aslanlı S. Əlisoyun “Facebook” səhifəsində onun fikirlərinə reaksiya verib. Qeyd edib ki, seçkilərdə saxtakarlıq olduğunu iddia edənlərdən sübut ortaya qoya biləcək kimsə varsa, onu dinləməyə və müzakirə aparmağa hazırdır: “Sənədsiz və sübutsuz danışanlarla işim yoxdur. Çünki onlar həmişə danışacaqlar və onlara ancaq özləri kimi düşünənlər inanacaqlar. Buyurun, sizi hər gün qərargahda gözləyirəm”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm