YAP-da baş redaktorlarla görüş keçiriləcək
Bizi izləyin

Nida.az

YAP-da baş redaktorlarla görüş keçiriləcək

Mətbuat və ictimai əlaqələr komissiyası Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 7 noyabr 2013-cü il tarixli iclasmın qərarı ilə yaradılıb. N.Xudiyev qeyd edib ki, komissiya Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq Əsasnaməyə uyğun olaraq

Bu gün Yeni Azərbaycan Partiyasının Mətbuat və ictimai əlaqələr komissiyasının ilk iclası keçirilib. YAP İdarə Heyətinin üzvü, komissiyanın sədri Nizami Xudiyev bildirib ki, Mətbuat və ictimai əlaqələr komissiyası Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 7 noyabr 2013-cü il tarixli iclasmın qərarı ilə yaradılıb. N.Xudiyev qeyd edib ki, komissiya Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.Onun sözlərinə görə, komissiya partiyanın İcra Katibliyi ilə sıx təmasda fəaliyyət göstərəcək və kütləvi informasiya vasitələri ilə əlaqəli işləyəcək.

Publika.Az-a YAP mətbuat xidmətindən verilən xəbərə görə, 2014-cü il üçün iş planı haqqında danışan sədr deyib ki, komissiya və mətbuat arasında əlaqələrin tənzimlənməsini təmin etmək məqsədilə KİV rəhbərləri ilə geniş tərkibdə müzakirənin təşkil olunması nəzərdə tutulur. Eyni zamanda, komissiya qarşıdan duran vəzifələrin icra vəziyyətini müzakirə etmək üçün hər rübdə bir dəfə toplanacaq.
Daha sonra Komissiyanın vəzifələrindən ətraflı bəhs edən N.Xudiyev bildirib ki, dövlətçiliyimizin qorunmasında böyük rola malik olan azad mətbuatın inkişafına xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir. Onun fikrincə, hər dövrün öz tələbi olduğu üçün mətbuatın da qarşısında yeni-yeni vəzifələr dayanır. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq, bu gün ictimaiyyətin onlardan əsas gözləntilərinin nədən ibarət olduğu aydınlaşar. «Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm islahatların uğurlu nəticələri, qazanılmış nailiyyətlər ideoloji sahədə alternativi olmayan bir vasitədir. Bu nailiyyətlərin ictimai rəyə tam hakim kəsilməsi KİV üzərinə mühüm vəzifələr qoyur. Bu istiqamətdə görülən işlərlə bağlı daha səmərəli rəy və təkliflərin hazırlanmalıdır. Ümummilli lider Heydər Əliyevin şah əsəri bu günkü qüdrətli, dinamik inkişaf edən, zəngin və demokratik Azərbaycan Respublikasıdır. Ulu öndər Heydər Əliyev siyasi irsinin əbədiliyi və müstəqil Azərbaycan ilə paralelliyi daim diqqət mərkəzində saxlanılmalıdır. Həmçinin, Azərbaycanın müharibə vəziyyətində olduğunu nəzərə alaraq, ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətini özündə əks etdirən yazılara və verlişlərə daha geniş yer verilməsinə nail olmalıyıq. Münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında qazanılmış nailiyyətlərlə kifayətlənməməli, bu səpkidə audio, video materialların, eləcə də yazılı məlumatlarm yayımına təkan verilməlidir. Hesab edirəm ki, komissiyamız bu məsələləri diqqətdə saxlamalıdır»- deyə, N.Xudiyev vurğulayıb.

Komissiya sədri vətənpərvərlik mövzusunda yazıların və verlişlərin artırılmasmasına da böyük zərurətin olduğunu bildirib. O, qeyd edib ki, dövlətimizin suverenliyinin, sərhədlərinin toxunulmazlığının qarantı olan ordumuzun qüdrətinin daha da artırılması istiqamətində mühüm addımlar atılır. Ona görə də, cəmiyyətin bir hissəsi olan ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımların geniş işıqlandırılması işləri daha da gücləndirilməlidir. Qeyd olunub ki, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanın Dağlıq Qarabağ problemi ilə yanaşı, eyni zamanda münaqişə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın pozulmuş hüquqlarının bərpası probleminin həllində üzərində düşən vəzifəni yüksək səviyyədə yerinə yetirilməsinə səy göstərilməlidir. Bu məsələ daim diqqətdə saxlanılmalıdır ki, insan hüquq və azadlıqlarının qorımmasını həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan dövləti bir milyondan artıq soydaşımızın pozulmuş hüquqların da bərpasına çalışır, beynəlxalq təşkilatları bu məsələyə diqqət göstərməyə çağırır.

Xarici dövlətlərlə mövcud olan əməkdaşlıq körpüsünün möhkəmlənməsində mətbuatın da rolunun inkaredilməz olduğunu deyən N.Xudiyev qeyd edib ki, təcrübə mübadiləsinin, media qurumları arasında əlaqələrin genişləndirilməsi fonunda həm də bu missiyanın uğurla həyata keçirilməsinə dəstək göstərməlidir. Onun fikrincə, mətbuat cəmiyyətin güzgüsü olaraq obyektivlik, qərəzsizlik prinsiplərini heç zaman unutmamalıdır: «Təbii ki, ölkəmizin qazandığı uğurlarla yanaşı, müəyyən problemlər də mövcuddur. Mətbuat heç bir qərəzə yol vermədən həmin problemlərin işıqlandırılmasına və öz müsbət həllini tapmasma töhfəsini verməlidir».
İclasda komissiyanın üzvləri çıxış edərək, qarşıda duran vəzifələr, eləcə də iş planı haqqında fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının 2014-cü il üçün iş planı təsdiq olunub.

YAP Siyasi Şurasının üzvü, partiyanın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Mətbuat və ictimai əlaqələr komissiyasının sədr müavini seçilib.

Vasif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm