Məzahir Pənahovdan partiyalara çağırış
Bizi izləyin

Nida.az

Məzahir Pənahovdan partiyalara çağırış

“Qanunvericiliyə uyğun olaraq bələdiyyə seçkilərində 60-dan artıq seçki dairəsində namizədləri olan partiyalara İctimai Televiziyada (İTV) pulsuz efir vaxtı ayrılacaq”.


Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.


MSK sədri siyasi partiyaları bələdiyyə seçkilərində fəal olmağa çağırıb.


M. Pənahov bu həftədən başlayaraq seçki gününə qədər İctimai Televiziyada MSK üzvlərinin iştirakı ilə bələdiyyə seçkiləri ilə bağlı maarifləndirici xarakterli verilişlərin efirə çıxacağını deyib. O, bələdiyyə seçkiləri ilə bağlı MSK tərəfindən hazırlanan maarifləndirici çarxların da önəmli olduğunu, artıq bu maarifləndirici xarakterli çarxlardan ikisinin yaxın vaxtlarda İctimai Televiziyada nümayiş etdiriləcəyini açıqlayıb:

“Belə maarifləndirici xarakterli çarxlar seçici fəallığının yüksəlməsində mühüm rol oynayır. Çalışacağıq ki, bələdiyyə seçkilərində namizədliyini irəli sürən şəxslər seçki platformalarını əhaliyə çatdıra bilsinlər”.


İclasda MSK-nın 20 oktyabr və 21 oktyabr tarixli iclas protokolları təsdiq edilib.

Daha sonra 23 dekabr tarixinə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələlərinə baxılıb. Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Bu partiyaların bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edilib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm