Komitə sədri: “Bələdiyyələrin fəaliyyətində problemlər olsa da...”
Bizi izləyin

Nida.az

Komitə sədri: “Bələdiyyələrin fəaliyyətində problemlər olsa da...”

“Bələdiyyə seçkilərinə rəsmi start verilib və qanunvericiliyə uyğun olaraq seçki ilə bağlı müvafiq proseduralar həyata keçirilir”.


Publika.az Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.


A. Rəhimzadə mənsub olduğu partiyanın seçkilərə ciddi şəkildə hazırlaşdığını bildirib: “Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərinə də ciddi şəkildə hazırlaşıb. İnanırıq ki, partiyamız bu seçkilərdə də yüksək nəticələr əldə edəcək”.


Komitə sədri qeyd edib ki, bələdiyyələr ölkədə yerli demokratiyanın inkişafında mühüm rol oynayır: “Ötən dövr ərzində bələdiyyələr əhalinin sosial məsələlərinin həllində yaxından iştirak etməklə yanaşı, yerli demokratiyanın inkişafına öz töhfələrini veriblər. Bu gün bələdiyyələrin fəaliyyətində müəyyən problemlər olsa da, bunlar tədricən həll edilməkdədir”.


Qeyd edək ki, növbəti bələdiyyə seçkiləri bu il dekabrın 23-də keçiriləcək.

MSK-nın qərarına görə, bələdiyyə seçkiləri üçün seçki bülletenlərinin hazırlanması dekabrın 13-dək həyata keçiriləcək. 2015-ci il yanvar ayının 17-nə qədər isə bələdiyyə seçkilərinin nəticələrinin elan edilməsi başa çatmalıdır. Bələdiyyə seçkilərində təşviqat kampaniyası seçkilərə 23 gün qalmış başlayacaq. Bələdiyyə seçkiləri 1607 bələdiyyəni əhatə edəcək.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm