Çexiya nəşri: “Sərkisyan Parisdə Kremlin sözünü deyəcək”
Bizi izləyin

Nida.az

Çexiya nəşri: “Sərkisyan Parisdə Kremlin sözünü deyəcək”

“Paris görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş olmayacaq”.


Publika.az xəbər verir ki, bu barədə Çexiyanın “Neviditelny pes” nəşri yazıb.


Nəşr münaqişənin 20 ildən artıq uzanmasının əsas səbəbkarı kimi Rusiyanı göstərir: “Bu gün post-sovet məkanında qəribə mənzərə yaranıb. Azərbaycanın bir hissəsində Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ” rejimi yaradılıb. Gürcüstanın bir hissəsində Cənubi Osetiya və Abxaziya, Moldova torpaqlarında Dnestryanı bölgə yaranıb. Eyni ssenarilər Ukraynada da tətbiq edilir və sonu görünməyən fəsadlara yol açır. Hər kəsə yaxşı bəllidir ki, bu ssenarilər Kremldə hazırlanır və Qərb zaman-zaman bu münaqişələrin həlli üçün səy göstərsə də, nə qədər Kremldə oturan bürokratlar var, bu münaqişələr də davam edəcək”.


Nəşr qeyd edir ki, əgər Kremlin imperiya maraqları olmasaydı, dünya daha təhlükəli qüvvələrə qarşı mübarizəyə köklənərdi: “Bu gün “İslam dövləti” təhlükəsi var və bu təhlükə Rusiyadan da yan keçmir. Eyni zamanda, Moskvanın göz dikdiyi postsovet məkanı da radikal dini təhlükədən sığortalanmayıb. Deməli, Rusiyanın da dünya ilə birgə mübarizə aparacağı daha böyük təhlükə var. Amma Moskva separatizmi dəstəkləməklə özünü pis vəziyyətdə qoyur”.


Bu gün keçirilən Paris görüşünə diqqət çəkən Çexiya nəşri yazır ki, yenə hər şey Kremlə qədər uzanır: “Münaqişə tərəflərindən olan Ermənistanın Moskvaya bağlı olduğunu unutmamalıyıq. Güman ki, Sərkisyan Parisdə də yenə də Kremlin sözünü deyəcək”.


“Neviditelny pes” əlavə edir ki, Qərb Sərkisyanın Kremlə bağlılığını diqqətdən qaçırmamalıdır: “Münaqişənin həll olunmasını, Cənubi Qafqazda daha sabit vəziyyətin yaranmasını istəyiriksə, Rusiya faktorunu neytrallaşdırmaq lazımdır. Xüsusilə də, Moskvanın İrəvana diktəsi aradan qaldırılmalıdır. Əks təqdirdə, münaqişənin həllində konstruktiv mövqe həmişə sual altında olacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm