Azərbaycan Prezidenti çexiyalı həmkarını təbrik edib
Bizi izləyin

Nida.az

Azərbaycan Prezidenti çexiyalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının prezidenti Miloş Zemana təbrik məktubu göndərib.

Publika.az saytının məlumatına görə, Azərbaycan Prezidenti Çex Respublikasının milli bayramı münasibətilə göndərdiyi təbrikdə çex həmkarını və xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edib.

Təbrikdə deyilir: “Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm