• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Le Figaro”: “Paris görüşündə birgə bəyanat verilə bilər”

  • Nida.az
  • 27 Oktyabr 2014 19:17
  • 764 Baxış
“Le Figaro”: “Paris görüşündə birgə bəyanat verilə bilər”

Fransa prezidenti Fransua Olandın dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan Parisə səfər ediblər.

Fransa prezidenti artıq hər iki həmkarı ilə ayrılıqda görüşüb. Daha sonra üçtərəfli görüş gözlənilir. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətləri araşdırılacaq.


Publika.az xəbər verir ki, Fransanın “Le Figaro” nəşri prezidentlərin Paris görüşünə dair məqalə dərc edib. Nəşr diplomatik mənbələrə istinadən Ollandın həmkarlarını Parisə Cənubi Qafqaza səfəri zamanı dəvət etdiyini qeyd edir. Nəşr yazır ki avqust gərginliyi 1994-cü ildə atəşkəs bağlanandan sonra münaqişə tarixində ən geniş qarşıdurma idi: “Sovetlər dağılandan sonra Ermənistanın dəstəyi ilə Qarabağ separatçıları bölgədən azərbaycanlıları sürün etdilər. Bu gün orda ermənilər yaşayır. Lakin beynəlxalq ictimaiyyət tərəfindən bu ərazilər Azərbaycanın tərkib hissəsi kimi tanınır”.


“Le Figaro” qeyd edir ki, prezident İlham Əliyev hazırda hərbə xüsusi diqqət yetirir. Çünki rəsmi Bakı sülh olmasa müharibə yolu ilə ərazilərini işğaldan azad edəcəyini bəyan edib. Hazırda Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur.


Yenidən diplomatik mənbənin dediklərinə qayıdan nəşr yazır ki, görüşdə birgə bəyanat imzalana bilər: “Biz günün sonunda birgə bəyanat verməyə və münaqişənin yenidən dialoqa qaytarılmasına nail olmağa ümid edirik”.

“Le Figaro” əlavə edir ki, bu addımlar Fransanın həmsədr kimi mövqelərini gücləndirir. Xüsusilə digər həmsədrlər Rusiya ilə ABŞ arasında ciddi problemlərin olduğu vaxt Parisin aktivliyi vacibdir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR