Nida.az
Politoloq Leyla Əliyeva Milli Şuradan istefa verib
Tanınmış politoloq Leyla Əliyeva Milli Şurada fəaliyyətini dayandırıb. L.Əliyeva bu barədə mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, siyasi bəyanat verib təşkilatdan çıxmağın tərəfdarı deyil.Ona görə də sadəcə olaraq Milli Şuradakı fəaliyyətini səs-küysüz dayandırmaq qərarına gəlib.
L.Əliyeva bu addımının səbəbi kimi Milli Şuranın son vaxtlar çox
zəifləməsini göstərir:
“Bu qurumun əsas müsbət cəhətlərindən biri iki əsas partiyanın
orada təmsil olunması idi. Onların ətrafında digər qüvvələr də
toplaşdı. Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra
qurum zəiflədi. Sanki indi Milli Şura bir partiyanın ətrafında
birləşən hansısa qüvvələrdən ibarətdir”.
L.Əliyeva vurğulayıb ki, Milli Şuranın zəif tərəfləri həmişə olub. Sadəcə, seçkiöncəsi dövrdə bu məqamlar o qədər də üzə çarpmayıb:
“Aydın deyil idi ki, Milli Şuraya qoşulan partiyalar bura nəyin əsasında gəlib. Əsas problem Milli Şuranın seçkidən sonra transformasiya olunmaması idi”. /Bakupost/
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO