• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Girovlarla bağlı AŞPA, ATƏT və BMT-yə müraciət olunacaq

  • Nida.az
  • 28 Oktyabr 2014 11:59
  • 402 Baxış
Girovlarla bağlı AŞPA, ATƏT və BMT-yə müraciət olunacaq

“Ermənistanda girov saxlanılan soydaşlarımızla bağlı yenidən beynəlxalq təşkilatlara müraciət edəcəyik”.

Bunu Publika.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.


N. Cəfəroğlu bundan əvvəl BMT-yə göndərdikləri müraciətə hələlik cavab almadıqlarını bildirib: “Bizə bu işlə məşğul olduqlarını dedilər. Lakin indiyə qədər heç bir cavab verilməyib. Görünür, bu məsələ onlar üçün maraqlı deyil”.


Hüquq müdafiəçisi qeyd edib ki, bu dəfə daha geniş kampaniyaya başlayacaqlar: “Bu münaqişə ilə əlaqəsi olan bütün beynəlxalq təşkilatlara – ATƏT-ə, AŞPA-ya, BMT-yə yenidən müraciətlər ünvanlayacağıq. Biz işimizin haqq olduğunu bilirik. Çünki bu insanlar öz doğma yurdlarına gediblər. Hər bir azərbaycanlının öz doğma torpağında gəzməyə haqqı var. Onlar üzərində keçirilən məhkəmə prosesi isə ermənilərin necə vəhşi olduqlarını bir daha göstərdi. Dünya bunu görməli və susmamalıdır”.


Qeyd edək ki, dünən azərbaycanlı girovlar Dilqəm Əhmədovla Şahbaz Quliyevin məhkəməsi başlayıb. Erməni mediası girovların öz “günahlarını etiraf etdiklərini” yazır. Məhkəmə prosesindən yayılmış qısa videodan göründüyü kimi, ermənilər azərbaycanlı girovlara işgəncələr verib. Onların gözübağlı şəkildə məhkəmə salonuna gətirilməsi də qeyri-insani əməllərdən xəbər verir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR