Arif Hacılıdan Cəmil Ünala şikayət edildi
Bizi izləyin

Nida.az

Arif Hacılıdan Cəmil Ünala şikayət edildi

Müsavat Partiyasından çıxarılan Məhəbbət Muradov Azərbaycan Kültür Dərnəyinin başqanı, Müsavatın fəxri sədri Cəmil Ünala müraciət ünvanlayıb.


Bu barədə Publika.az-a M. Muradovun özü məlumat verib. Onun sözlərinə görə, müraciətin məqsədi diqqətin Müsavatdakı özbaşınalıqlara yönəldilməsidir.


Siyasi fəaliyyəti haqqında məlumat verən M. Muradov müraciətində bildirir: “Müraciətimin başlıca səbəbi sizi son illər Müsavatda, xüsusən də təmsil olunduğum Qubadlı rayon təşkilatındakı özbaşınalıqlar, qarayaxmalar, şərləmələrdən hali etməkdir. Sayın başqan, şərəfli tarixi olan Müsavatı əmanət etdiyiniz əllər Rəsulzadə irsinə ləkə yaxmaqla Müsavatı ictimaiyyətdə gözdən salmaqla məşğuldur. Məqsədim pozulmuş hüququmu bərpa etməkdir”.


Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm