Nalbandyan: “Prezidentlərin görüşü faydalı və konstruktiv olub”
Bizi izləyin

Nida.az

Nalbandyan: “Prezidentlərin görüşü faydalı və konstruktiv olub”

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan arasında dünən Parisdə keçirilən görüşü şərh edib.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, E.Nalbandyan danışıqların konstruktiv, faydalı və səmimi keçdiyini bildirib: “Biz Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı keçirilən görüşün prezidentlər səviyyəsində təşkilinə görə Fransa prezidenti Fransua Ollanda minnətdarıq. Bu, prezidentlərin son üç ay ərzində Qarabağ münaqişəsi ilə bağlı üçüncü görüşüdür. Bu isə onu göstərir ki, həmsədr ölkələr münaqişənin nizama salınması üçün birgə səylərini davam etdirəcəklər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm