Rusiyalı politoloq: “Paris görüşündə irəliləyiş olub”
Bizi izləyin

Nida.az

Rusiyalı politoloq: “Paris görüşündə irəliləyiş olub”

Dünən Yelisey sarayında Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi.

Yelisey sarayının saytından yayılan məlumata görə, prezidentlər Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağda müharibə zamanı itkin düşən şəxslər haqqında məlumatların mübadiləsi haqqında razılığa gəliblər. Həmçinin münaqişənin həlli istiqamətində dialoqun davam etdirilməsi qərara alınıb.


Publika.az xəbər verir ki, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya-analitik mərkəzinin baş direktorunun müavini, rusiyalı politoloq Andrey Petrov Yelisey sarayının divarları arxasında ictimaiyyətə məlum olmayan ciddi müzakirələrin getdiyini hesab edir. Onun sözlərinə görə, iştirakçıların sükutu bəzi nəticələr çıxarmağa kömək edir: “Avqustda prezidentlər Soçidə, sentyabrda isə Uelsdə görüşdülər. Paris görüşü hələ iyul ayında planlaşdırılırdı, lakin görüşdə yeni gündəlik olmadığı üçün təxirə salındı. Bunun fonunda son zamanlar Rusiya və Qərbin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən siyasi addımlara təşəbbüs etdikləri də müşahidə olunur. Rusiyanın yüksək səviyyəli məmurları Azərbaycana baş çəkdilər, Qərb cəbhəsində isə Almaniya hökuməti xüsusi bəyanat yaydı. Bundan başqa, “Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərdə zorakılığın artması” üzrə məruzəçinin təyinatını yada salmalıyıq”.


Rusiyalı politoloq əsl dialoq üçün şəraitin yarandığını bildirib: “Artıq hər üç həmsədr ölkə prezidentlərlə ayrılıqda görüşdü. Bu görüşlər bir qədər “kim daha fəaldır” yarışını da xatırlatdı. Ümumi mənzərədə isə Dağlıq Qarabağ münaqişəsi yenidən dünyanın diqqətinə düşdü. Əsl dialoq üçün şəraitin yarandığını və problemin həlli üçün yalnız tərəflərin siyasi iradəsinin lazım olduğunu düşünürəm”.


Petrov Parisin sükutunu yaxşı əlamət kimi dəyərləndirir: “Əvvəlcə Olland prezidentlərlə ayrılıqda görüşdü. Sonra İlham Əliyevlə Serj Sərkisyan ikilikdə və Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşdülər. Lakin bəyanat olmadı. Bu artıq danışıqların raundunda müəyyən irəliləmənin olduğunu göstərir. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni fəsil açılır və nəticədə münaqişə həll oluna bilər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm